SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ümumi kitabxana çatışmazlığı var

2021.11.12, 09:38
Şərqi Azərbaycanda ümumi kitabxana çatışmazlığı var

Gunaz.tv

Şəhram Xudayi kitabxanaların sayı ilə əhalinin sayı arasında uyğunluğun olmadığını deyib.

O, hal-hazırda 4 milyondan çox əhalisi olan Şərqi Azərbaycanda 115 ümumi kitabxananın fəaliyyət göstərdiyini söyləyib.

Xudayi 1921-ci ildə Təbrizin ilk ümumi kitabxanası olaraq açılan “Tərbiyət” kitabxanasının uzun illərdir təmir və yenidən qurmaya ehtiyac olduğunu, ancaq bunun hələdə həyata keçirilmədiyini bildirib.

تعداد کتابخانه‌های آذربایجان شرقی تناسبی با جمعیت این استان ندارد

Xüsusilə son illər dini və ideoloji təbliğata vəsait ayrılsa da, mədəniyyət sahəsinə yetərli büdcə ayrılmadığı bir sıra məsul şəxslərində etirazına səbəb olub. 

Oktyabrın 8-də Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Seyid Qasım Nazimi əyalətin mədəniyyət sahəsinə lazmı diqqət ayrılmadığını demişdi. 

Seyid Qasım Nazimi mətbuata verdiyi müsahibədə son illər mədəniyyət, incəsənət sahəsinə yetərincə budcə ayrılmadığını və bu sahədə qanunsuzluqların baş verdiyini deyib.

O, ölkə budcəsinin yalnız 5%-nın mədəniyyət sahəsinə ayrıldığını və bunun da çox hissəsinin cari və abadlıq işlərinə xərcləndiyini qeyd edib.

“5 fazilik budcə ilə mədəniyyət sahəsində ancaq 5 faizlik irəliləyiş gözləmək olar”-deyə, Nazimi hökumətin mədəniyyət sahəsinə laqeyd yanaşmasını tənqid edib.

C.E

ضرورت نقش‌آفرینی تبریز در بازار جهانی مبادلات آثار هنری - ایسنا

Seyid Qasım Nazimi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar