SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb

2022.09.16, 06:20
Şərqi Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb

Gunaz.tv

Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı Əmir Rəncbər əyalətdə narkotik istifadəçilərinin təxmini sayı barədə statistikanı açıqlayıb.

Onun dediyinə görə, İranda 150 min narkotik aludəçisi olan və ölkə üzrə narkomanların 6 faizini təşkil verən qadınların 2400 nəfəri Şərqi Azərbaycan əyalətindədir və bu da əyalət narkomanlarının 3 faizini təşkil verir.

Əmir Rəncbər son məlumatlara görə, Şərqi Azərbaycanda narkotik istifadəçilərinin təxminən 5 faizə yaxınının məktəblilər və öyrəncilər olduğunu söyləyib.

"Ölkədə narkomaniyanın yayılması 5,4, Şərqi Azərbaycanda isə 1,22-dir ki, bu da Şərqi Azərbaycanın narkomaniyanın yayılma səviyyəsinə görə İran üzrə 28-ci yerdə olduğunu göstərir"-deyə, Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar