SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda qadın və uşaqlara qarşı zorakılıq halları artıb

2021.11.11, 12:51
Şərqi Azərbaycanda qadın və uşaqlara qarşı zorakılıq halları artıb

Gunaz.tv

Əhmədd Müvəqqərinin dediyinə görə, əyalətdə qadın və uşaqlara qarşı zorakılıq öncəki illərə nisbətən sürətlə artıb və artıq narahatedici səviyyəyə çatıb.

Müvəqqəri son vaxtlar əyalətdə ümumiyyətlə şiddət, zorakılıq və dava-dalaş hallarında kəskin artımın qeydə alındığını söyləyib.

Məhkəmə rəsmisi bunun səbəbləri barədə açıqlama verməsə də, beynəlxalq qurumlar və yerli qadın haqları müdafiəçiləri İran qanunlarının qadınlara qarşı zorakılığa şərait yaratdığını deyirlər.

İctimai və insan haqları müdafiə təşkilatlarının verdiyi hesabatlarda başqa əyalətlər kimi Şərqi Azərbaycan əyalətində də dava-dalaş və zorakılıq hallarının artması ictimai və sosial-iqtisadi problemlərin çoxalması ilə əlaqələndirilir.

C.E
 

مردم آذربایجان‌شرقی تخلفات زیست محیطی را به دادگستری اطلاع دهند - ایرنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar