SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda serum çatışmazlığı yaşanır: Dərman preparatları qara bazarda on qat baha satılır

2021.10.20, 07:36
Şərqi Azərbaycanda serum çatışmazlığı yaşanır: Dərman preparatları qara bazarda on qat baha satılır

Gunaz.tv

Serum və bir sıra dərman preparatlarının qara bazarda ortalama 10 qat baha qiymətə satıldığı bildirilir.

Məlumatda qedy olunur ki, bir ay öncə məsələ ilə bağlı Təbriz Universitetinin Tibb Elmləri Universiteti açıqlama verərək serum çatışmazlığını təsdiq edib və problemin bir neçə gün içində həll olunacağını bildirib.

“Verilən açıqlamadan 32 gün keçməsinə baxmayaraq problem olduğu kimi qalır və xəstələr serum çatışmazlığından əziyyət çəkir”-deyə, məlumatda bildirilib.

Təbrizin Tibb Elmləri Universitetinin Qida və Dərman İşləri üzrə rektor müavini Həsən Ağacani məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, serum qıtlığının yaranması ölkənin serum ehtiyaclarının 40 faizini təmin edən “Şəhid Qazi” mərkəzinin təmirə bağlanması ilə əlaqədardır.

Dərman sahəsinin mütəxəssislərindən olan Həbib Hüseynquluzadə isə mətbuata verdiyi açıqlamada bildirib ki, xəstələr həkimlərin yazdığı reseptlər üzrə dərman tapmaqda çətinlik çəkirlər.

O, hazırkı qıtlıq vəziyyətində çıxış yolu kimi ənənəvi müalicə üsullarına üstünlük verməyi və xəstələrə yazılan serumun miqdarını azaltmağı təklif edib.

 

هفته پیشگیری از مسمومیت ها با اطلاع رسانی عمومی - روابط عمومی دانشگاه علوم  پزشکی و خدمات بهداشتی درمانی تبریز

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar