SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda son 11 ayda onlarla insan iş qəzalarında həyatını itirib

2022.03.31, 13:35
Şərqi Azərbaycanda son 11 ayda onlarla insan iş qəzalarında həyatını itirib

Gunaz.tv

Onun bildirdiyinə görə, cari günəş ilinin ilk 11 ayında Şərqi Azərbaycanda 78 işçi iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirib. 

Məlumatda 41 nəfərin hündürlükdə yıxılma, 17 nəfərin bərk cismin dəyməsi, 7 nəfərin elektrik cərəyanı vurması, 3 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 1 nəfərin boğulma və 8 nəfərin isə yanıq xəsarətləri nəticəsində öldüyü bildirilir. 

Ə.Səfayifərdin sözlərinə görə, eyni müddətdə 46 qadın olmaqla 1386 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər və bu ötən ilin oxşar dövrü ilə müqayisədə bu sahədə 13% artım deməkdir.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar