SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda xalça sənayesinin problemləri: "İmkanlardan yetərincə istifadə olunmur"

2022.01.05, 15:03
Şərqi Azərbaycanda xalça sənayesinin problemləri:  "İmkanlardan yetərincə istifadə olunmur"

Gunaz.tv

Bu barədə əyalətin xalçaçılıq sənayesi və xalça toxuyanlarının problemlərinin müzakirəsinə həsr olunmuş toplantıda çıxış edən Təbrizin Ticarət Palatasının başçısı Yunis Jailə bildirib.

O, bu sahənin inkişafı üçün mövcud imkanlardan yetərincə istifadənin vacib olduğunu vurğulayıb.

Yunis Jailə xalçaçılıq sahəsinin gəlişməsi üçün tədbirlərin görüləcəyi təqdirdə bununla yanaşı başqa əlaqədar sahələrin də inkişaf edəcəyini və iqtisadi irəliləyişin mümkün olacağını deyib.

“Təbriz İranın xalça paytaxtı adına layiq görülüb. Şərqi Azərbaycan xalça sənayesinin gəlir gətirmə baxımından önəmli yer tutur. 

Mütəxəssislərin verdiyi statistikaya görə, ölkənin əldə toxuma xalça ixracatının 35%-i Şrqi Azərbaycanın hesabına baş tutur”-deyə, Jailə bu sahənin iqtisadi əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

Hal-hazırda Şərqi Azərbaycan əyalətində bir başa və dolayısı yolla 500 min nəfər xalçaçılıq sənayesi sahəsində fəaliyyət göstərir.

İxracın azalması, xammalın qiymətlərinin kəskin artması və azərbaycanlı xalça istehsalçılarının ölkə üzrə sığorta paylarının az olması bu sənaye fəallarının əsas problemləri sayılır. 

C.E

 

بازسازی قره‌باغ، فرصت مناسبی برای حضور فعالان اقتصادی در جمهوری آذربایجان  است

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar