SON XƏBƏRLƏR

Hökumət Şərqi Azərbaycana diqqət ayırmır: Yüzlərlə layihə yarımçıq qalıb

2021.11.02, 09:31
Hökumət Şərqi Azərbaycana diqqət ayırmır: Yüzlərlə layihə yarımçıq qalıb

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunuş İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” briqadasının keçmiş komandiri polkovnik Zeynəlabdin Rəzəvi Xurrəm noyabrın 1-də əyalətə investisiya qoyulmadığını etiraf edib.

O, dövlətin investisiya qoyuluşu üçün imkanlarının olmadığı deyib.

Vali bu problemin özəl sektor vasitəsilə həll olunmasının zəruri olduğunu bildirib.

“İnvestorların təşəbbüsünü dəstəkləyib və onların fəaliyyəti üçün zəmin yaradılmalı olduğu bir halda, təəssüflə yorucu bürokratiya səbəbindən məsələdə maraqlı olan investorların fəaliyyət göstərmək imkanları aradan aparılıb”-deyə, vali bildirib.

Zeynəlabdin Rəzəvi Xurrəm Şərqi Azərbaycan əyalətində 1500 layihənin yarımçıq qaldığını, onların tamamlanması üçün sərmayə cəlb edilməsinə ehtiyac olduğunu qeyd edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar