SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əhalisi qocalır: "Əhalinin 12 faizdən çoxu yaşlı insanlardan ibarətdir"

2021.10.20, 07:36
Şərqi Azərbaycan əhalisi qocalır: "Əhalinin 12 faizdən çoxu yaşlı insanlardan ibarətdir"

Gunaz.tv

Fərgül Səhhaf əyalətdə yaşlı insanların sayının ölkə üzrə ortalamadan daha yüksək olduğunu deyib.

“Hal-hazırda Şərqi Azərbaycan əyalətinin 4 milyonluq əhalisinin 12 faizdən çoxu yaşlı insanlardan ibarətdir. 60 yaşdan yuxarı insanlar yaşlı sayılır. Bu gələcək üçün mədəni və ictimai baxımdan ciddi təhlükə siqnalıdır”-deyə, Fərgül Səhhaf bildirib.

Qeyd edək ki, Rifah İdarəsinin başçısının verdiyi statistikaya əsasən hazırda Şərqi Azərbaycanda 500 min nəfərə yaxın yaşlı insan var. İdarənin verdiyi rəsmi statistikaya görə, bu saydan yalnız 27869 nəfər Rifah İdarəsinin xidmətlərindən yararlana bilir.

C.E  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar