SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yarımçıq layihələrin tamamlanmasına pul ayrılmır

2022.04.13, 09:52
Şərqi Azərbaycanda yarımçıq layihələrin tamamlanmasına pul ayrılmır

Gunaz.tv

Məhəmməd Kəlami əyalətdə aqrar və sənaye sahələrində yarımçıq layihələrin tamamlanması üçün 18 min milyard tümən büdcəyə ehtiyac olduğunu deyib.

O, hal-hazırda Şərqi Azərbaycanda 1200 yarımçıq layihənin olduğunu, onların tamamlanması üçün büdcə ayrılmadığını və başqa qaynaqlardan vəsait cəlb edə bilmədiklərini söyləyib.

Bankların qeyd olunan layihələrin işlənməsi üçün kredit ayırmaqda maraqlı olmadıqlarını bildirən Kəlami İbrahim Rəisinin əyalətə gözlənilən səfəri zamanı bu məsələni qaldırmaq fikrində olduqlarını bildirib.

Qeyd edək ki, bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) əyalətdə yüzlərlə yarımçıq layihənin olduğunu demişdi.

“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq” deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar