SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarının sayı artıb

2022.02.14, 07:23
Şərqi Azərbaycanda yol qəzalarının sayı artıb

Gunaz.tv

Onun sözlərinə görə, ötən  günəş ilinin 10 ayında Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayının 657 nəfər olduğu halda bu ilin eyni dövründə bu say 821 nəfər olub.

Bununla da bu müddət ərzində yol qəzalarında həyatını itirənlərin sayında 25% çoxalma qeydə alınıb.

Tibbi Ekspertiza Mərkəzinin başçısı qəzalarda həyatını itirənlərin 653 nəfəri kişi, 168 nəfəri isə qadın olduğunu deyib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

İranın nəqliyyat donanmasının çox köhnə olması, avtomobillərin təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləclər və düzgün təhlükəsizlik kəmərləri ilə təchiz olunmaması qəzaların baş verməsinə böyük rol oynayır. 

Bununla yanaşı ən əhəmiyyətli risk faktorlarından biri də daxili istehsal olan keyfiyyətsiz avtomobillərin qəzalar zamanı dayanıqlılığının olmamasıdır.

“İrankargər” saytının verdiyi məlumata görə, ölkənin infrastrukturunun, o cümlədən yolların dağıdılması, qeyri-standart olması insanların həyatlarının itirilməsində əsas amillərdən biri sayılır. 

Belə ki, Almaniyada bir il ərzində baş verən qəzalar nəticəsində qeydə alınan ölüm halları ilə İranda 20 günlük yaz bayramındakı ölüm halları bərabərdir.

افزایش مرگ و میر ناشی از حوادث کار در استان

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar