SON XƏBƏRLƏR

Şərqi Azərbaycan üzrə yol qəzalarında ölənlərin sayı açıqlandı

2021.10.22, 09:27
Şərqi Azərbaycan üzrə yol qəzalarında ölənlərin sayı açıqlandı

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərdin məlumat verib.

Onun sözlərinə görə, cari günəş ilinin ilk altı ayın ərzində əyalət yollarında baş verən qəzalar nəticəsində 470 nəfər həyatını itirib.

Qəzalar nəticəsində ölənlərdən 373 nəfəri kişi, 97 nəfəri isə qadınlardır. 

Ə.Səfayifərd 6 ay müddətində yol qəzaları nəticəsində Tibbi Ekspertiza Mərkəzinə 2141 nəfəri qadın olmaqla 8456 nəfərin yaralandığı barədə məlumat daxil olub.

Tibbi Ekspertiza Mərkəzinin başçısı ötən ilin ilk 6 ayı ilə müqayisədə bu yol qəzalarında yaralananların sayının 7, ölənlərin sayının isə 18 faiz çoxaldığını deyib.

C.E

علی صفایی فرد - عصرتبریز


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar