SON XƏBƏRLƏR

Tərtərçay və Həkəriçayın üzərində sənaye əhəmiyyətli SES-lər tikiləcək

2021.12.03, 15:46
Tərtərçay və Həkəriçayın üzərində sənaye əhəmiyyətli SES-lər tikiləcək

Gunaz.tv

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı panelində deyib.

“Həmin çayların yüksək hidroenerji potensialı var. Təəssüf ki, mənfur düşmən kiçik SES-ləri ekoloji normaları gözləmədən istismar edib, yararsız hala salıb. Hazırda bu stansiyalar bərpa edilir, əməli nəticələr əldə edilib. Həmçinin yeni SES-lərin tikintisi üzrə danışıqlar aparılır.

Paralel olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası aparılır. 

Onların gücü 140 meqavatdır ki, bu da ildə 358 milyon kVt/saat elektrik enerjisinin istehsalına imkan verəcək, 110 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Ərazini ekoloji təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr də öz nəticələrini verir”, - deyə o qeyd edib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar