SON XƏBƏRLƏR

Ruhani: “Amerikanın məqsədi İran rejimini devirməkdir”

2021.10.20, 07:36
Ruhani: “Amerikanın məqsədi İran rejimini devirməkdir”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani oktyabrın 14-də ali təhsil ocaqlarında yeni tədris ilinin başlanması münasibətilə Tehran Universitetində çıxış edərək, Amerikanın islam respublikası rejiminə qarşı yürütdüyü siyasətindən və ölkə iqtisadiyyatını çökdürən sanksiyalardan danışıb.

 

Öz çıxışında, İranda hazırkı ağır iqtisadi durumun yaranmasında Amerikanın əsas rol oynadığını bildirən Ruhani, Tramp hökumətini hakim ruhanilər rejimini dəyişməyə cəhddə günahlandırıb: “Amerikanın məqsədi İran rejimini devirməkdir. Amerika tarixində, hazırda Ağ Evdə olan komanda qədər İrana, iranlıya və islam respublikası sisteminə qarşı pis və kinli bir komanda olmayıb. Amerika hökumətinin indiki komandası İran rejimini dəyişməkdən danışır. Onlar bunu  həyata keçirmək üçün bizə qarşı psixoloji müharibədən başlayıblar.

 

Amerikalılar islam respublikasını legitimsiz bir sistem kimi göstərmək üçün bizə qarşı başlatdıqları iqtisadi və psixoloji savaşda, İran hakimiyyətinin artıq iflasa uğradığını göstərməyə çalışırlar. Onların son niyyəti İran rejimini devirməkdir.

 

Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara və bunun nəticəsində yaranmış iqtisadi problemlərə gəlincə, hesab edirəm ki, bu yeni şəraitdə, biz çətinliklər qarşısında təslim olmamalı, bir-birimizi tənqid etmək əvəzinə dəstəkləməli, bir-birimizə ümid verib yardım etməliyik. Bilirəm ki, vətəndaşların durumu və güzəranı ağırdır. Bundan xəbərim var. Məhz buna görə də, düşünürəm ki, ölkəyə hakim bu ağır iqtisadi durumdan qurtarmaq üçün bir-birimizin yanında olmalıyıq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar