Ruhani: “Bir neçə həftədən sonra quldurlar tarixin zibilliyinə atılacaqlar”

2020-11-26 14:32

İran prezidenti Həsən Ruhani noyabrın 26-da online şəkildə qatıldığı bir tədbirdə çıxış edərək Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın son prezident seçkilərindəki məğlubiyyətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Öz çıxışında Trampı və onun komandasını “quldurlar” adlandıran Ruhani deyib ki, düşmənlər İran millətinin qarşısında biabırçı tərzdə məğlub olublar: “Vaxtilə İran millətinin 2018-ci ildə islam inqilabının qələbə çalmasının növbəti ildönümü şənliyini görməyəcəyini deyənlərin və bununla da ölkəmizə girmək istəyənlərin hamısı bir-birinin ardınca devrildilər və onların quldurluq dövrləri başa çatdı. 


Allah qoysa, bir neçə həftədən sonra bu quldurlar artıq tarixin zibilliyinə atılacaqlar. 


Biz uzun illərdir sanksiyaya məruz qalmışıq. Son 3 ildə isə biz düşmənlərimizlə üz-üzə bir savaş şəraitində olmuşuq. Həmin müddətdə düşmənlər var gücləri ilə İran millətinə qarşı çıxsalar da, sonunda özləri biabırçı şəkildə məğlub olub meydandan çıxdılar” –deyə, İran prezidenti Həsən Ruhani bəyan edib. 


Xatırladaq ki, noyabrın 25-də Nazirlər Kabinetinin iclasında çıxış edən Həsən Ruhani Tehranla Vaşinqton arasındakı ixtilaflardan və Amerikanın növbəti prezidenti Co Bayden hökumətindən danışmışdı.


Ruhani demişdi ki, o İranla Amerika arasındakı ixtilafların Co Bayden hökumətində həll olunacağına nikbin yanaşır: “Əgər biz və amerikalılar dörd il əvvələ, yəni 2017-ci il yanvarın 20-dən əvvəlki dövrə qayıda bilsək, ölkələrimiz arasındakı ixtilafların həlli çox asan olacaq və biz növbəti mərhələlərdə də müxtəlif sahələrdə münasibətlərimizi davam etdirə biləcəyik. Bu isə Amerikanın yeni rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasından və qarşılıqlı ehtiram prinsipinə riayət etməsindən asılıdır. 


Əgər Amerikanın yeni hökumətində belə bir iradə olarsa, mövcud problemin çözümü çox rahat olacaq. Hesab edirəm ki, əgər biz və amerikalılar istəsək, 2017-ci ilin 20 yanvarından əvvəlki dövrə və şəraitə qayıda bilərik” –deyə, İran prezidenti Həsən Ruhani əlavə etmişdi. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək – FOTOLAR

2021-01-17

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 6 016 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-17

gun az article

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

2021-01-17

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

2021-01-17

gun az article

"Spikerimiz Mirzoyan türklərin agentidir" – Minasyan

2021-01-17

gun az article

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

2021-01-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

2021-01-17

gun az article

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

2021-01-17

gun az article

Kəlbəcərin Hacıkənd kəndinin - GÖRÜNTÜLƏRİ - VİDEO

2021-01-16

gun az article

Amerika İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

2021-01-16

gun az article

İranda koronavirusdan daha 96 nəfər vəfat edib, 6 100 yeni növ “Covid-19”infeksiyasına yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-16

gun az article

İran ABŞ-la gərginliyin artması fonunda balistik raket təlimləri keçirir

2021-01-16

gun az article

İranda 5,5 bal gücündə zəlzələ olub

2021-01-16

gun az article

Kafe-restoranlar açılır

2021-01-16

gun az article

SMS-icazə ləğv olunur

2021-01-16

gun az article

Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

2021-01-16

gun az article

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Fotolar və VİDEO

2021-01-16

gun az article

"WhatsApp" qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

2021-01-16

gun az article

GünazTV Jan.15.2021 : “Amerikanın yeni Prezidenti Coe Bayden 1,9 triliyon dollarlıq yardım paketini açıqladı”

2021-01-15

gun az article

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar

2021-01-15