SON XƏBƏRLƏR

Ruhani: “Biz Amerika ilə zəif mövqedən müzakirə aparmayacağıq”

2021.10.20, 07:36
Ruhani: “Biz Amerika ilə zəif mövqedən müzakirə aparmayacağıq”

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani fevralın 16-da jurnalistlərə açıqlamasında Amerikanın sanksiyalarından və Tehranla Vaşinqton arasındakı danışıqlardan danışıb.

 

Ruhani deyib ki, Amerika İrana qarşı maksimum təzyiq siyasəti ilə Tehranı danışıqlar masasına qaytarmağa cəhd göstərir: “Amerikanın tətbiq etdiyi sanksiyaların islam respublikasına heç bir təsiri olmayıb. Onlar bizə maksimum təzyiq göstərməklə bizi zəif mövqedən danışıqlar masası arxasında oturmağa vadar etməyə çalışırlar. Lakin bu olası deyil. Biz heç vaxt Amerika ilə zəif mövqedən müzakirə aparmayacağıq.

 

Amerikalılar 2013-cü və 2015-ci illərdə müzakirə təklifi etdilər. Onlar bu gün də bizimlə müzakirə aparmaq istəyirlər. Lakin hesab edirik ki, əgər amerikalılar müzakirənin baş tutmasını istəyirlərsə, hər şeydən əvvəl bizimlə ədalətli bir şəraitə qayıtmalıdırlar” -deyə, İran prezidenti Həsən Ruhani əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar