Ruhani etirazçı xalqı təhqir etdi: “Düşmən dəyirmanına su tökənlər”

20.11.2019, 16:50

GünAz TV: Həsən Ruhani bu gün keçirilən hökumət kabinetinin iclasında bir daha etirazçı xalqı “xarici qüvvələr”ə bağlayıb.

 

O, çıxışı ərzində “xalqın xarici xüsusi xidmət orqanları və terror qrupları ilə əlaqəli olan şəxslərin planlarının baş tutmasına icazə vermədiyini” iddia edib.

 

Ruhani xalqın “düşmən dəyirmanına su tökən” həmin “xuliqanlar”a öz planlarını həyata keçirmədiyini deyib.

 

İclasda çıxış edən Daxili İşlər naziri də xalq etirazlarını “Amerika, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilmiş, mütəşəkkil və silahlı iğtişaşlar” adlandırıb. Lakin o, bununla bağlı heç bir sübut və ya sənəd təqdim etməyib.

 

Ruhaninin və Daxili İşlər nazirinin dediklərinin əksinə olaraq son 4 gün ərzində ölkənin demək olar ki, bütün bölgələrində insanlar benzinin bahalaşdırılması, dini diktatura, yarıtmaz hökumət, iqtisadi çətinliklər, kasıblıq və işsizlik kimi problemlərə görə nümayişlər keçiriblər. Etirazlar zamanı İran təhlükəsizlik qüvvələri öz xalqına qarşı atəş açaraq, qeyri- rəsmi mənbələrə görə, 106-dan çox insanı qətlə yetiriblər.

 

Digər tərəfdən, ötən gün 1-2 şəhərdə icbari formada Bəsic və digər qüvvələrin üzvlərindən ibarət, çox az sayda insanın iştirakı ilə “dini liderə dəstək” adlı aksiyalar keçirib. Görünür, Ruhani xalq deyərkən həmin şəxsləri və insanlara atəş açan təhlükəsizlik qüvvələrini nəzərdə tutur.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27