Ruhani Fransa prezidentinin yeni nüvə danışıqlarına Səudiyyə Ərəbistanının da qoşulması ilə bağlı təklifini rədd edib

2021-02-03 16:24

İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxış edərək, Qərbin Tehranla yeni nüvə danışıqları aparacağı ilə bağlı səsləndirilən fikirlərə qarşı çıxdığını bəyan edib.

Gunaz.tv Quote | Gunaz article

 Ruhani öz çıxışında Fransa prezidenti Emmanuel Makronun Tehranla aparılması nəzərdə tutulan yeni nüvə danışıqlarına Səudiyyə Ərəbistanının və regionun daha bir neçə ərəb ölkəsinin qoşulması ilə bağlı təklifini rədd edib.


İran prezidenti Qərb ölkələrin başçılarına xitabən deyib ki, o bu barədə şəffaf və açıq danışır və hesab edir ki, onlar yeni nüvə müzakirələri ilə bağlı bu kimi mənasız və məsələyə dəxli olmayan bəyanatlar səsləndirməkdən çəkinməlidirlər: “İran nüvə razılaşması (Bərcam) barədə heç bir ölkə ilə yenidən danışıqlar aparmayacaq. Nüvə sazişinin heç bir bəndi də dəyişməyəcək və əlavə heç kəs də bu sazişə qoşulmayacaq. Bu bizim rəsmi mövqeyimizdir. 


Amerika hökuməti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozduğu halda tez-tez nüvə sazişindən danışır, müxtəlif bəyanatlar səsləndirir. Bu isə qəbuledilməzdir.


Bizimlə Qərb arasında əldə olunan nüvə razılaşması 12 il mütəmadi olaraq aparılan müzakirələrin nəticəsidir. Bu razılaşmada iştirakı olan ölkələr sazişdə qalmaq istəyirlərsə buyurub gəlsinlər, yox əgər qalmaq istəmirlərsə yolları açıqdır, gedib öz işləri ilə məşğul olsunlar. 


Bir daha bildiririk ki, əgər Amerika sazişə qayıtsa və ölkəmizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etsə, biz də nüvə razılaşması əsasında üzərimizə götürdüyümüz öhdəliklərə tam əməl edəcəyik”, -deyə İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışında bəyan edib.


Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 29-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qərb ölkələrinin İranla aparacağı yeni nüvə danışıqlarından və İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün çox az fürsət qalmasından danışıb.

Эммануэль Макрон прислушивается к наставлениям Короля-Солнца | Политика |  ИноСМИ - Все, что достойно перевода

Fransa prezidenti Emmanuel Makron

 
Makron deyib ki, Qərb 2015-ci ildə İranla aparılmış nüvə danışıqlarına regionun ərəb ölkələrini qoşmadığı üçün böyük səhvə yol verib: “İranla aparılacaq yeni nüvə danışıqları çox çətin və mürəkkıb olacaq. Hesab edirəm ki, bu dəfə İranla aparılacaq hər hansı bir müzakirəyə bizim regional tərəfdaşlarımız, o cümlədən də Səudiyyə Ərəbistanı da qoşulmalıdır.

 

İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün çox az fürsət qalıb və vaxt sürətlə daralır. Elə buna görə də güman edirəm ki, bizim regiondakı müttəfiq və tərəfdaşlarımızın, xüsusən də Səudiyyə Ərəbistanının bu danışıqlara qatılması zəruridir”, -deyə Fransa prezidenti Emmanuel Makron “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”

2021-05-10

gun az article

Ermənistan parlamenti buraxıldı

2021-05-10

gun az article

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər

2021-05-10

gun az article

Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

2021-05-10

gun az article

DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib

2021-05-10

gun az article

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

2021-05-10

gun az article

Prezident Vətən Müharibəsi Şəhidlərinin məzarını ziyarət etdi

2021-05-10

gun az article

Azərbaycanda koronavirus mənzərəsi: Yoluxma sayı azaldı

2021-05-10

gun az article

Əsgər valideynləri Robert Koçaryanı qəbiristanlıqdan qovdu - VİDEO

2021-05-10

gun az article

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

2021-05-10

gun az article

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

2021-05-10

gun az article

Amerikan Dəniz Qüvvələri Ərəb dənizində İran silahlarını husilərə daşıyan gəmini saxlayıb - FOTOLAR

2021-05-10

gun az article

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

2021-05-10

gun az article

Türkiyə səfiri: “Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük müharibədə alıblar”

2021-05-10

gun az article

Paşinyanın maşın karvanında qəza: Qadın xəstəxanalıq oldu

2021-05-10

gun az article

Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

2021-05-10

gun az article

İranda koronavirusdan daha 351 nəfər vəfat edib: Ölənlərin sayı 75 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-10

gun az article

Sergey Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

2021-05-10

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis əməkdaşı öldürüldü

2021-05-10

gun az article

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub - FOTO

2021-05-10