Ruhani: “İctimai yerlərdə maska taxmayanlar 50 min tüməndən 200 min tümənə qədər cərimə olunacaq”

2020-10-10 16:11

İran prezidenti Həsən Ruhani oktyabrın 10-da Koronavirusu İdarəetmə Milli Qərargahının iclasında çıxış edərək, küçədə və ümumilikdə ictimai yerlərdə maska taxmayanların cərimə olunacağını bildirib.

Gunaz.tv Quote | Gunaz article


Ruhani deyib ki, ölkədə koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün ictimai yerlərdə hamı maska taxmalıdır, əks təqdirdə polis maskasız gəzənləri saxlayıb cərimə etməlidir: “Bu gündən etibarən, ictimai yerlərdə hamının maskası olmalıdır. Polis isə buna riayət olunmasına nəzarət etməlidir. 


Bu gündən ictimai yerlərdə və digər ictimai qapalı məkanlarda maska taxmayanlar 50 min, koronavirusa yoluxduğu halda karantin qaydalarını pozaraq, çıxıb küçədə gəzənlər isə 200 min tümən cərimə olunacaq. Vətəndaşlardan isə alınan cərimələr İran Səhiyyə Nazirliyinin bank hesabına yatızdırılacaq. 


Bu qərar hələlik yalnız paytaxt Tehranda icra ediləcək. Tehran hüquq-mühafizə qüvvələrinin əməkdaşları insanların bu məhdudiyyətə riayət etməsi və cərimələrin alınması işinə nazarət etməli, cəriməni ödəməkdən imtina edən şəxslərdən isə cərimə məbləğinin başqa yollarla alınması üçün tədbir görməlidir” -deyə, İran prezidenti Həsən Ruhani bu gün Koronavirusu İdarəetmə Milli Qərargahının iclasında etdiyi çıxışında bəyan edib. 


Qeyd edək ki, İran hökumətinin bir neçə gün əvvəl qəbul etdiyi qərara görə, bu gündən etibarən İranda ictimai yerlərdə maska taxmaq icbaridir və hamı bu qərarın icrasına riayət etməlidir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezident: Dağlıq Qarabağdakı ermənilər əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək

2020-10-22

gun az article

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

2020-10-22

gun az article

Prezident: “Əgər Ermənistan əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq”

2020-10-22

gun az article

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur"

2020-10-22

gun az article

Ruhani: “Amerikada hər kəs prezident seçilsə İran millətinin qabağında baş əymək məcburiyyətində qalacaq”

2020-10-22

gun az article

İranda daha 304 nəfər koronavirusdan ölüb, 5471 nəfər xəstəliyə yoluxub

2020-10-22

gun az article

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

2020-10-22

gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20