SON XƏBƏRLƏR

Ruhani: “Neft gəlirlərinin azalmasını digər yollarla kompensasiya edəcəyik”

2021.10.20, 07:36
Ruhani: “Neft gəlirlərinin azalmasını digər yollarla kompensasiya edəcəyik”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Amerikanın sanksiyalarına rəğmən, neft satacaqlarını iddia edib.

 

Kirmanşah vilayətində səfərdə olan Ruhani ölkəsində böyük problemlərin olduğunu etiraf edib. O, İranın bütün sanksiyalara baxmayaraq, neft ixracatına davam edəcəyini və gəlirlərin azalması halında digər yollara əl atacaqlarını deyib.

 

Həsən Ruhani digər yolların nədən ibarət olduğunu açıqlamayıb. Lakin o, 2018-ci ilin sonlarında etdiyi çıxışı zamanı Avropa və Qərbi terrorizm və narkotik vasitələrlə təhdid etmişdi. Ruhani bildirmişdi ki, “sanksiyalar davam edərsə, Avropa və Qərb narkotik vasitələr və terrorizm kimi bəlalarla qarşı-qarşıya qalacaq”.

 

Tez-tez Qərb tərəfindən İranın istər ağır iqtisadi vəziyyətdə olduğu dövrlərdə, istərsə də müxtəlif zamanlarda narkotik vasitələrin qaçaqmalçılığı ilə geniş şəkildə məşğul olduğu barədə məlumatlar yayılır. Mütəxəssislərin fikrinə görə, sanksiyalar nəticəsində rəsmi Tehranın narkotik qaçaqmalçılığı istiqamətində fəaliyyətləri daha da genişlənəcək. Son aylar ərzində dünyanın müxtəlif ölkələrində İrana məxsus gəmi və yük maşınlarından külli miqdarda narkotiklərin tapılaraq, müsadirə edilməsi bunun bariz göstəricilərindəndir.

 

Həsən Ruhani Kirmanşahdakı çıxışının davamında Amerika əleyhinə fikirlər səsləndirərək, “İran xalqının fədakar olduğu”nu və buna görə də “bütün çətinliklərə sinə gərəcəyi”ni iddia edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar