SON XƏBƏRLƏR

Ruhani: “Nüvə öhdəliklərimizi yenidən yerinə yetirməyimiz avropalılardan asılıdır”

2021.10.20, 07:36
Ruhani: “Nüvə öhdəliklərimizi yenidən yerinə yetirməyimiz avropalılardan asılıdır”

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel ötən gün axşam saatlarında İran prezidenti Həsən Ruhani ilə görüşüb.

 

Borelin Tehrana rəsmi səfəri çərçivəsində baş tutan görüşdə tərəflər 2015-ci ildə 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasının qorunub saxlanması barədə fikir mübadiləsi aparıblar.

 

İran mediasının yaydığı məlumatlara əsasən, Ruhani görüş zamanı bildirib ki, Avropa ölkələri üzərilərinə götürdükləri öhdəliklərin hamısına əməl etsələr, rəsmi Tehran da yenidən öz öhdəliklərinə sadiq qalacaq.

 

Bu, Cozef Borelin Federika Moqerinini əvəz etdikdən sonra İrana etdiyi ilk rəsmi səfər hesab edilir. Səfər hər iki tərəfin bir-birini qarşılıqlı olaraq “tətik mexanizmi” ilə təhdid etməsi fonunda baş tutur. Borel ötən gün axşam saatlarında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə də görüşüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar