SON XƏBƏRLƏR

Ruhani: “Sanksiyalar ləğv edilərsə, 5+1 formatında yenidən danışıqlara başlamağa hazırıq”

2021.10.20, 07:36
Ruhani: “Sanksiyalar ləğv edilərsə, 5+1 formatında yenidən danışıqlara başlamağa hazırıq”

Gunaz.tv

GünAz TV: Ağır və çıxılmaz iqtisadi vəziyyətlə üzləşən İran yenidən Amerikaya müzakirə təklifi edib.

 

Ötən gün İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının sanksiyaları ləğv etdiyi təqdirdə, rəsmi Tehranın Vaşinqtonda 5+1 formatında yenidən müzakirələr başlatmağa hazır olduğunu bəyan edib.

 

“Onlar sanksiyaları qaldırmağa hazırdırlarsa, biz də, hətta 5+1 formatında danışıqlar və müzakirələrə hazırıq”, - deyə Ruhani İran Dövlət Televiziyası tərəfindən canlı yayınlanan çıxışında əlavə edib.

 

İran prezidenti sanksiyaların ölkəni ağır duruma saldığını etiraf edib və bunun qarşısında “müqavimətdən” başqa yollarının olmadığını deyib. O, çıxışı zamanı rəsmi Tehranın müzakirə qapısını bağlamadığını, sanksiyaların qaldırıldığı təqdirdə, hər an danışıqlara başlamağa hazır olduğunu dəfələrlə vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, ABŞ-ın 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxmaqla, rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi bu ölkənin iqtisadiyyatını ağır vəziyyətə salıb. ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bir müddət öncə hazırda rəsmi Tehranın gündəlik 120 min bareldən az neft sata bildiyini demişdi. Halbuki bu rəqəm sanksiyalardan öncə təqribən 2.6 milyon barel təşkil edirdi.

 

Neft satışının təqribən 0-a düşməsi nəticəsində yaranan büdcə kəsrini aradan qaldırmaq üçün İran rejimi bir çox sahələrə yeni vergi tətbiq edib, eləcə də benzinin qiymətini qaldırıb. Noybarın 15-də benzinin bahalaşması ilə bağlı qərar elan edildikdən sonra isə ölkədə təqribən 5 gün davam edən və yüzlərlə insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə yol açan etiraz aksiyaları keçirilmişdi.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar