Namizədlər seçicilərlə görüşdə karantin qaydalarına əməl etmir- Həsən Ruhani göstəriş verdi

2021-06-11 12:27

İyunun 10-da Koronavirusla Mübarizə Milli Qərargahının iclasında çıxış edən İran prezidenti Həsən Ruhani seçki kampaniyası zamanı karantin qaydalarına əməl olunmasını vacib sayıb

Gunaz.tv Quote | Gunaz article

Ruhani öz tərəfdarları arasında təbliğat-təşviqat kampaniyası apararkən gigiyena qaydalarına riayət etməyən prezidentliyə bəzi namizədlər barədə ciddi və kəskin tədbir görülməsinə göstəriş verib.

Ruhaninin məsələ ilə bağlı göstəriş verməsi, ölkəni koronavirus bürüdüyü bir vaxtda İran Məhkəmə Sisteminin rəisi, prezidentliyə namizəd axund İbrahim Rəisinin Əhvaz şəhərinin stadionunda tərəfdarları qarşısında çıxış etməsi ilə bağlı şəkillərin yayılmasından bir gün sonraya təsadüf edib. 


Ruhani deyib ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparan prezidentliyə bəzi namizədlər öz ərəfdarları ilə görüşərkən yoluxucu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə qoyulan qadağa və məhdudiyyətlərə məhəl qoymur, gigiyena qaydalarına riayət etmirlər.


“Hesab edirəm ki, daxili işlər naziri qanun pozuntularına yol verən həmin namizədlərə qarşı ciddi və kəskin tədbir görməli, görülmüş işlərlə bağlı xalqı məlumatlandırmalıdır”, -deyə prezident Həsən Ruhani bəyan edib.


Qeyd edək ki, son günlər prezidentliyə namizəd İbrahim Rəisinin müxtəlif şəhərlərdə, o cümlədən də Yasuc şəhərində tərəfdarları ilə keçirdiyi görüşlərdən çəkilmiş şəkillərdə, sıx şəkildə bir yerə toplaşan insanların əksəriyyətinin maska taxmadığı, bir-birindən məsafə saxlamadığı və gigiyena qaydlarına riayət etməməsi açıq-aşkar görünür. 

عکسی که خبرگزاری تسنیم از تجمع هواداران ابراهیم رئیسی در یاسوج منتشر کرده است

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16