SON XƏBƏRLƏR

Ruhani təyyarənin vurulmasına görə xüsusi məhkəmənin təşkil edilməsini istəyib: "Yalnız 1 nəfər günahkar ola bilməz"

2021.10.20, 07:36
Ruhani təyyarənin vurulmasına görə xüsusi məhkəmənin təşkil edilməsini istəyib: "Yalnız 1 nəfər günahkar ola bilməz"

Gunaz.tv

GünAz TV: Ukrayna təyyarəsinin "Sepah" tərəfindən vurulmasını bir daha "acı və bağışlanmaz xəta" adlandıran Həsən Ruhani məhkəmə sistemindən bu cinayət işi üzrə xüsusi məhkəmə təşkil etməsini istəyib.

 

O bildirib ki, bütün dünyanın diqqəti bu məsələdə olduğundan, məhkəmə sistemi peşəkar hakimin sədrliyi və onlarla mütəxəssisin iştirakı ilə xüsusi məhkəmə təşkil etməlidir.

 

İran prezidenti çıxışının davamında ilkin olaraq təyyarənin vurulmasını bilmədiyini iddia edib. O, məsələni öyrəndikdən sonra məsullara bunu xalqa etiraf etməyi tapşırdığını deyib.

 

"Mənim hava hücumundan müdafiə sistemləri ilə bağlı az-çox məlumatım var. Buna görə də, deyə bilərəm ki, bu hadisədə yalnız bir nəfər günahkar ola bilməz. Təkcə düyməni basan deyil, digərləri də müqəssirdir", - deyə Ruhani fikrini tamamlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar