SON XƏBƏRLƏR

Ruhanidən Türkiyənin Suriyada planlaşdırıldığı əməliyyatlara münasibət: “Regionun xeyrinə deyil”

2021.10.20, 07:36
Ruhanidən Türkiyənin Suriyada planlaşdırıldığı əməliyyatlara münasibət: “Regionun xeyrinə deyil”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Türkiyənin öz cənub sərhədləri ilə bağlı narahatlığının anlaşılan olduğunu deyib.

 

O, həmçinin rəsmi Ankaranın bu narahatlıqları aradan qaldırmağa haqqının olduğunu qeyd edib.

 

Lakin Ruhani Türkiyənin Suriyanın şimal şərqində hərbi əməliyyatlara başlamasını “gizli sövdələşmələrin nəticəsi” adlandırıb və bunun “regionun xeyrinə olmadığını” iddia edib.

 

“Bu istiqamətdə Türkiyə hökuməti doğru yolu seçməlidir”,- deyə İran prezidenti fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasıyla bağlı xəbərlər yayıldıqdan sonra bu gün səhər saatlarında İran ordusu Urmiya şəhərində, Türkiyə ilə sərhəddə elan edilməmiş təlimlərə başlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar