Ruhaninin müavini: “FATF-ın qara siyahısına düşməyin qarşısını almaq üçün dövlətin edə biləcəyi bir şey yoxdur”- FOTO

15.02.2020, 17:13

GünAz TV: İran prezidenti Həsən Ruhaninin hüquq məsələləri üzrə müavini Laya Cüneydi FATF layihələri ilə bağlı açıqlama verib.

 

O bildirib ki, artıq İranın FATF-ın qara siyahısına yenidən düşməsinin qarşısını ala bilmək üçün dövlətin edəcəyi bir şey yoxdur. Xanım Cüneydinin sözlərinə görə, dövlət bu istiqamətdə zəruri olan bütün addımları atıb, artıq bu məsələ onun səlahiyyətlərindən çıxıb.

 

“Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF-ın təkliflərini qəbul etməmək İranı qlobal maliyyə sistemi ilə üzbəüz qoyacaq. Bu halın yaşanmaması üçün aidiyyatı qurumların qərarını gözləməliyik”, - deyə Ruhaninin müavini əlavə edib.

 

Xanım Cüneydinin aidiyyatı qurumlar kəlməsi ilə “dini lider” Əli Xamneyinin beytini nəzərdə tutduğu hesab edilir.

 

Çirkli pulların yuyulması kimi mali cinayətlərə nəzarət edən Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF ötən ilin payızında İrana 2 konvensiyanı qəbul etmək üçün sonuncu dəfə möhlət hüququ vermişdi. Əgər rəsmi Tehran çirkli pulların yuyulması və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə konvensiyaları qəbul etməsə, FATF-ın qara siyahısına əlavə ediləcək.

 

 

Milli Məclisin hər iki konvensiyanı ratifikasiya etməsinə baxmayaraq, Ali Məsləhət Şurası bir ildən artıqdır ki, onları təsdiqləməməklə, İranın FATF təkliflərini qəbul etməsinə məneə olur.

 

FATF-ın sabahdan etibarən Fransanın Paytaxtı Paris şəhərindən başlayacaq və 6 gün davam edəcək iclasında yenidən İran məsələsini gündəmə gətirəcəyi gözlənilir.

 

Konvensiyaların qəbuluna qarşı çıxan əsasən mühafizəkar siyasətçilər öz fikirlərini bununla əsaslandırırlar ki, onların qəbulu “Sepah”ın xaricdəki fəaliyyətlərini, eləcə də İranın Livanın Hizbullah qruplaşması kimi terror və yaraqlı dəstələrə göstərdiyini köməklər və Amerika sanksiyalarını pozmağa hədəflənmiş fəaliyyətlərinin davamını kölgə altına salacaq.

 

Ali Məsləhət Şurasının katibi Sadiq Laricani bir müddət əvvəl bildirmişdi ki, Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupunun təklif etdiyi konvensiyaları qəbul etmək “ölkənin milli təhlükəsizliyinə qarşı böyük təhdiddir”.

 

 

İslahatçı İran hökuməti isə bəyan edir ki, FATF-a qoşulmaq “Sepah”ın xaricdəki fəaliyyətlərinə əngəl törətməyəcək, əksinə bu konvensiyaları qəbul etməmək onsuzda bərbad vəziyyətdə olan İranın beynəlxalq bank əməkdaşlıqlarını tamamilə kəsəcək.

 

FATF İrana verdiyi möhləti bu həftəki iclasında uzatmasa, artıq rəsmi Tehran qrupun ya qara, ya da mübarizə siyahısında qərarlaşacaq. FATF üzv ölkələrdən həmin siyahılarda qərarlaşan ölkələrlə mali mübadilələri kəsməyi tələb edir.

 

2015-ci il nüvə razılaşmasından sonra İran beynəlxalq bank şəbəkələri ilə əməkdaşlıq edə bilmək və bununla da öz maliyyə sektorunu inkişaf etdirmək üçün FATF standartlarını qəbul etməyə çalışır. Həsən Ruhaninin 2-ci prezidentlik dövrünün yarıdan çoxunun geridə qalmasına baxmayaraq, daxili ziddiyyətlər səbəbindən İran hökuməti hələ də sözügedən konvensiyaları qəbul edə bilməyib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24

gun az article

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək, Füzulidə inşa edilən məktəbin açılışına qatılacaq

2023-03-24

gun az article

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

2023-03-24

gun az article

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

2023-03-24