SON XƏBƏRLƏR

Ruhulla Əhmədnəjad mülki vəsiqə qərarı ilə sərbəst buraxılıb

2021.10.20, 07:36
Ruhulla Əhmədnəjad mülki vəsiqə qərarı ilə sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal 150 milyon tümənlik mülki vəsiqə qərarı ilə Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Fəal avqustun 3-də 32 gün saxlandıqdan sonra müvəqqəti olaraq azad edilib.

 

O Təbriz Ettelaat İdarəsinin təcridxanasında 1 ay saxlandıqdan sonra avqustun 1-də Təbriz Mərkəzi Zindanının karantin bölümünə köçürülmüşdür.

 

Məhkəmə azərbaycanlı fəalın “ölkəyə müxalif olan cəmiyyətlərdə üzv olmaq”da ittiham olunduğunu açıqlayıb.

 

R.Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

O saxlanıldıqdan 20 gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasında olduğunu və vəziyyəti barədə məlumat verib.

 

Fəalın ailə üzvlərindən biri qeyd edib ki, Ruhulla işgəncə ilə bağlı heç nə bildirməyib, lakin onun səsi və danışıq tonu işgənclər altında saxlandığını göstərirdi.

 

Fəal saxlandığı müddətdə ailəsinə onun barəsində mətbuata danışmasınlar deyə təzyiq edilib.

 

Əhmədnəjad ailəsi səlahiyyətli orqanlara dəfələrlə müraciət edərək Ruhullanın hansı səbəbdən saxlandığını öyrənmək istəmişdir, lakin onlara bu barədə heç bir məlumat verilməmişdir.

 

Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparmışdır. Ev sahibinə aid bir çox kitab, ləptop və yaddaş kartı (flaşka) məmurlar tərəfindən götürülmüşdür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar