SON XƏBƏRLƏR

Ruhullah Zəmin ilk məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Ruhullah Zəmin ilk məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: İranın yerli media orqanları müxalif “Aməd.news” saytı və onun Telegram kanalının təsisçisi Ruhullah Zəmin ilk məhkəmə iclasının keçirildiyi barədə məlumat yayıblar.

 

Xəbərlərə əsasən, səhər saat 8-də başlayan proses Əbülqasım Salavatinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində baş tutub. Məhkəmədə ilkin olaraq, dövlət ittihamçısı 15 maddəlik ittihamnaməni oxuyub.

 

Hələlik məhkəmə barəsində ətraflı məlumat yayılmayıb.

 

2 gün öncə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli Zəmin cinayət işi üzrə digər 5 nəfərin həbs edildiyini və bir neçə şübhəlinin də dindirildiyini demişdi.

 

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayının 14-də “Sepah” terror təşkilatı Ruhullah Zəmi həbs etməsiylə bağlı xəbər yaymışdı. Onun harada tutulması ilə bağlı rəsmi bəyanatlarda heç bir məlumat verilməsə də, həyat yoldaşı və yaxınları Zəmin Fransadan İraqa səfər edərkən tutulduğunu deyirlər.

 

Ə.A

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar