SON XƏBƏRLƏR

Ruhumuzu ayağa qaldıranlar.O. ARAS

2021.10.20, 07:36
Ruhumuzu ayağa qaldıranlar.O. ARAS

Gunaz.tv
orxan_080108.jpg Ruhumuzu ayağa qaldıranlar O. ARAS Millətimiz o qədər təhlükələrə, tələlərə məruz qalıb ki, adicə bir futbol qarşılaşmasının qələbə ilə nəticələnməsi belə ruhumuzu ayağa qaldırmağa bəs edir. Türkiyə və Azərbaycanın xaricində Avropada hər yer ay-ulduzlu bayrağımızla süslənmiş, Avropada doğulan, hətta dilimizdə belə doğru-dürüst danışa bilməyən gənc uşaqlar kürəklərinə, başlarına bayrağımızı bağlayıb şəhərlərə Türkiyə-Türkiyə deyə haray salmışdılar! Allahım, bu cür qələbələrə necə də susamışıq! Futbol olduğundan evdə qərar tuta bilmədim. Qapının önündən keçən maşınlarda türk bayraqları dalğalanır və maşınların tormoz, siqnal səsləri, qışqırtılar göylərə yüksəlirdi. Mən də türk bayrağı asdığım maşınıma minib, şəhərə doğru yol aldım. Hər yer sanki Türkiyə idi. Almanların bəziləri gözünün ucuyla belə baxmır, bəzilərisə gülümsəyərək əl edirdilər. Şəhərin ortasındakı böyük monitorlarda da ay-ulduzlu bayraqlar dalğalanırdı. Hətta qürbətdə yaşayan azərbaycanlı gənclər də əllərinə Azərbaycan bayraqları, öndə dyaynıb onu həvəslə yelləyirdilər. İki qardaş ölkənin bayraqları bir-birinə necə də yaraşırdı. Maşını park edib qələbəliyə doğru addımladım. Qadın, kişi, uşaq, yaşlı - hər kəs ora toplanmışdı. Dillərində eynilə himnimiz kimi yalnız bircə şüar səslənirdi: "Türkiyə, Türkiyə!" Bir az kənarda dörd-beş uşaqlı bir ailə dayanmışdı. "Allahu-Əkbər" deyə qışqırır və ağlayırdılar. Onlara yaxınlaşdım. Altmış yaşlı, ağ saqqallı bir kişi, işıqlı bir sifəti olan adam idi. Məni görüb yumruğunu göyə qaldırdı və ərəbcə nəsə dedi. Livanlı olduqlarını söylədi. Livanlılar, misirlilər, suriyalılar ora məhz Türkiyəyə görə toplanmışdılar və türk bayrağını öpürdülər. Bir anlıq Avropanın mərkəzi şəhərlərindən birində olduğumu unutdum. Evlərin pəncələrinə də türk bayraqları vurmuşdular. Yalnız bir evin pəncərəsində alman bayrağının asıldığını gördüm. Türk Millisi çexlər qarşısında oyunun ikinci hissəsində sanki bu həyəcanları, bu duaları, bu göz yaşlarını hiss edərək çempion kimi oynamağa başladılar və qollar bir-birinin ardınca yağmağa başladı. Şəhərdə Ardanın, Nihatın, Həmidin və Azərbaycan balası olan iqdırlı Sərvətin adları əks-səda verirdi. Hamı xoşbəxt idi. Hamı qürurlu idi. çünki bu millət yalanlardan, alçaqlıqlardan, saxta qəhrəmanlıqlardan bezmişdi və qələbələrə susamışdı. Bu gənc uşaqlar təkbaşına sadəcə türk dünyasına deyil, bütün islam ölkələrinə qələbə sevincini yaşatmışdılar. Orxan ARAS Almaniyadan yazır [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar