SON XƏBƏRLƏR

Rumıniya səfiri Tovuzda gördüklərindən dəhşətə gəlib

2021.10.20, 07:36
Rumıniya səfiri Tovuzda gördüklərindən dəhşətə gəlib

Gunaz.tv
Rumıniya səfiri Tovuzda gördüklərindən dəhşətə gəlib nikolae_urike.jpg “Tovuzun Ermənistanla həmsərhəd kəndlərində gördüklərimdən çox məyus oldum. XXI əsrdə insanların hələ də bu şəraitdə yaşaması dəhşətdir”. Bu açıqlamanı APA-nın Qərb bürosuna Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycanda səfiri Nikolae Urike verib. O, həmsərhəd kəndlərdə vəziyyətin mediada təsvir olunanlardan fərqli olduğunu bildirib: “Mənim real vəziyyətdə gördüklərim mətbuatdan oxuduğumdan və televiziyada gördüyümdən çox fərqlidir. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozmasının nəticələrini yerindəcə gördüm. Əlibəyli kəndində olanda hərbiçilər təhlükəsizlik baxımından kəndə daxil olmağı məsləhət görmədilər. Onlar bildirdilər ki, dünən axşamdan etibarən ermənilər atəşkəs rejimini mütəmadi pozur və hətta əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar”. Səfir bu problemlərin aradan qaldırılması üçün münaqişənin sülh yolu ilə tez bir zamanda nizamlanmasının vacib olduğunu bildirib: “Rumıniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar