SON XƏBƏRLƏR

Rumıniyada NATO-nun hərbi təlimləri başladı - “Saber Guardian 2019”

2021.10.20, 07:36
Rumıniyada NATO-nun hərbi təlimləri başladı - “Saber Guardian 2019”

Gunaz.tv

GünAz TV: Rumıniyada NATO-nun “Saber Guardian 2019” beynəlxalq hərbi təlimləri başlayıb.

 

Trend-in məlumatına görə, təlimlər ölkənin beş poliqonunda keçəcək.

 

Təlimlər hərbi hava qüvvələri bazasının ələ keçirilməsini, raket zərbələrini və düşmənin yerüstü hücumunun dəf olunmasını nəzərdə tutur.

 

İyunun 3-dən 24-dək Bolqarıstan, Macarıstan və Rumıniya ərazilərində keçiriləcək təlimlərdə Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Rumıniya və Amerika Birləşmiş Ştatlarında 8 minədək hərbçi iştirak edir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar