SON XƏBƏRLƏR

Rumıniyada türklər hakimiyyətə gəlib.Seçkilərdə 70 tür və tatar namizəddən 43-ü qələbə qazanıb

2021.10.20, 07:36
Rumıniyada türklər hakimiyyətə gəlib.Seçkilərdə 70 tür və tatar namizəddən 43-ü qələbə qazanıb

Gunaz.tv
Rumıniyada türklər hakimiyyətə gəlib Seçkilərdə 70 tür və tatar namizəddən 43-ü qələbə qazanıb Rumıniyada yerli hakimiyyət orqanlarına keçirilən seçkilərin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, Rumıniyanın türk və tatar milli azlıqları tarixlərində ilk dəfə rekord sayda təmsilçilərini kompakt şəkildə yaşadıqları iki vilayət olan Konstansa və Tulça yerli hakimiyyət orqanlarına seçdirməyə müvəffəq olublar. Seçkilərdə tatar milli azlığını Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik İttifaqı (UDMTTR), türk azlığını isə Rumıniya Demokratik Türk İttifaqı (UDTR) təmsil edib. Vilayət üzrə bələdiyyə üzvlüklərinə namizədliyi irəli sürülən 70 türk və tatar namizəddən 43 nəfəri seçkilərdə qələbə qazanıb. ---------------------------------------------------------------------- Azərbaycanın GUAM-a sədrliyi başa çatır Bununla bağlı Strasburqda xüsusi mərasim düzənlənəcək Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi və ölkəmizin AŞ PA-dakı nümayəndə heyəti bu gün ölkəmizin GUAM-a sədrliyinin başa çatması münasibətilə qəbul təşkil edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, qəbul mərasimində GUAM-a üzv ölkələrin daimi nümayəndəliklərinin təmsilçiləri və AŞPA-da nümayəndə heyətlərinin üzvləri, AŞ PA prezidenti və katibliyin üzvləri iştirak edəcəklər. Bundan başqa qəbula daha bir neçə ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Strasdburqdakı Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr qəbula dəvət olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar