SON XƏBƏRLƏR

Rumıniyalı diplomatın cəbhə bölgəsinə səfəri

2021.10.20, 07:36
Rumıniyalı diplomatın cəbhə bölgəsinə səfəri

Gunaz.tv
Rumıniyalı diplomatın cəbhə bölgəsinə səfəri qenire.jpg Qənirə Paşayeva: "Urekxe Nikolayev erməni vandallarının insanlarımıza qarşı törətdikləri vəhşilikləri öz gözlərilə görəcək" Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Urekxe Nikolayevin dünəndən ölkənin Tovuz rayonuna - cəbhə bölgəsinə bir neçə günlük səfəri başlayıb. Tovuz rayonundan millət vəkili seçilən Qənirə Paşayeva bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların başçılarının, səfirlərin, diplomatların tez-tez ölkənin Qərb bölgəsinə, xüsusilə də təmsilçisi olduğu və təmas xəttində yerləşən Tovuz rayonuna səfərlərini təşkil edir və rumıniyalı diplomatın da bu səfəri həmin qəbildəndir. Rumıniyalı diplomat Tovuza səfəri çərçivəsində rayonla tanış olacaq, şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edəcək, rayonun Ermənistanla sərhəddə yerləşən - cəbhə bölgəsi sayılan kəndlərinə baş çəkəcək. Rəvan Məmmədli Tovuz rayonunun Ermənistanla 70 km-dən artıq sərhəddi var və bizim bir çox kəndlərimiz məhz cəbhə bölgəsi sayılan həmin ərazilərdə yerləşir. Ermənilər vaxtaşırı atəşkəs rejimini pozaraq, sərhəd boyunca yerləşən kəndlərimizi, orada məskunlaşan insanlarımızı atəşə tuturlar, onların normal yaşamasına, təsərrüfatla, əkin-bizinlə məşğul olmalarına ciddi maneçilik, yanğınlar törədirlər, bir sözlə, hər gün ermənilər, demək olar ki, insanlıqdan kənar əməllərini davam etdirirlər. Ermənilər Tovuzun təmas xəttində yerləşən kəndlərindən birində - Ağdam kəndində yerləşən tarixi qəbristanlığımızı - orada Aldədə ocağı deyilən mədəni-tarixi bir abidə də yerləşir - yandırıblar. Bu gün həmin kənddə yaşayan bütün insanlar, demək olar ki, öz qəbristanlıqlarına belə gedə bilmirlər. Qəbristanlığı ziyarət etməyə gedən insanları həmin dəqiqə ermənilər snayperlərdən hədəfə alırlar: "Səfər çərçivəsində rumıniyalı diplomat, əsasən, təmas xəttində - cəbhə bölgəsində yerləşən kəndlərimizə baş çəkəcək, orada yaşayan insanlarımızın, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin vəziyyəti ilə tanışlıq imkanı əldə edəcək, rayonda gedən tikinti, abadlıq, quruculuq işləri ilə tanış olacaq, eyni zamanda, erməni vandallarının hər gün insanlarımıza qarşı törətdikləri vəhşilikləri öz gözləri ilə görəcək". Urekxe Nikolayev Rumıniyanın Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəklədiyini bildirən millət vəkili qeyd etdi ki, həmin ölkənin Azərbaycandakı təmsilçisinin cəbhə bölgəsinə bu səfəri Azərbaycan, Qarabağ həqiqətlərinin Rumıniya, eləcə də dünya ictimaiyyətinə çatdırılması baxımından müəyyən önəm kəsb edə bilər. Tovuz rayonu yerləşdiyi bölgənin ən iri rayonlarındandır. Bu rayonun çox böyük iqtisadi, turizm potensialı, insan resursları var. Bu gün mərkəzlə yanaşı, ölkənin regionlarına investisiyaların qoyulmasının, investorların cəlb edilməsinin sürətləndirilməsi çox vacib məqamlardandır. Böyük iqtisadi potensiala, təbii sərvətlərə malik bir bölgə kimi Tovuz rayonuna həm daxili, həm xarici investorların cəlb edilməsi həm bu bölgənin, həm də bütövlükdə ölkənin iqtisadi inkişafına böyük təsir göstərə bilər. Onun sözlərinə görə, çox güman ki, rumıniyalı diplomatın Tovuza səfəri çərçivəsində bu məsələyə də toxunulacaq, bu ətrafda da müzakirələr, söhbətlər aparılacaq və yaxın gələcəkdə yerli investorlarla yanaşı, rumıniyalı investorların da Azərbaycana, o cümlədən Tovuz bölgəsinə sərmayə, yatırım qoyması, bu ölkədən istirahət üçün insanların Azərbaycana, gözəl turizm guşəsi olan Tovuza üz tutması mümkün olacaq: "Xarici ölkələrin diplomatlarının, səfirlərinin Azərbaycanın bölgələrinə, xüsusilə də ölkənin böyük iqtisadi potensiala və təbii sərvətlərə malik, o cümlədən cəbhə bölgəsində, təmas xəttində yerləşən regionlarına səfərləri mütəmadi olaraq təşkil olunmalıdır. Bu səfərləri təşkil etməklə biz həm Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına, o cümlədən bölgələrimizin inkişafı istiqamətində buraya xarici investorların cəlb edilməsinə, turist axınına nail ola bilərik. Ümumiyyətlə, bu səfərlər xarici investorların Azərbaycana daha əlverişli şərtlərlə sərmayə, yatırım qoyması istiqamətində bir stimul ola bilər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar