SON XƏBƏRLƏR

Rus generalı qondarma "erməni soyqırımı" iddiasının puç olduğunu təsdiqləyib

2021.10.20, 07:36
Rus generalı qondarma "erməni soyqırımı" iddiasının puç olduğunu təsdiqləyib

Gunaz.tv
Rus generalı qondarma "erməni soyqırımı" iddiasının puç olduğunu təsdiqləyib Qondarma "erməni soyqırımı"nı araşdıran türkiyəli akademik Mehmet Perinçik Moskvadakı Hərbi Tarix Dövlət Arxivindən general Leonid Bolhovitinovun 1915-ci il dekabrın 11-də göndərdiyi 65 səhifəlik hesabatı üzə çıxarıb. Rus general raportunda "erməni könüllü birlikləri irqçi duyğularla müsəlman xalqlara qarşı vəhşi qırğınlara başlayıb" deyə qeyd edib. "Gerçək durum. Düzəltmə" adlandırılan hesabatda "ermənilərin verdiyi ölu sayına güvənməmək lazımdır. Daşnak partiyasının bildirişlərində ölü sayı davamlı olaraq şişirdilir və bunların siyasi məqsəd daşıdıqları şübhə doğurmur. Bu ölülərin məsuliyyətini qırğını atəşləyən erməni dəstələri daşıyır" deyə vurğulanır. Rus general hesabatında I Dünya müharibəsində ruslara qatılan könüllü erməni birliklərinin Anadolu torpaqlarında dəhşətlər törətdiyindən yazaraq qeyd edir ki, "Sepuh", "Kazar" kimi dəstələri heç ruslar tərəfindən də nəzarət altına almaq mümkün olmayıb ("OLAYLAR"İA).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar