SON XƏBƏRLƏR

RUSIYA 2010-CU ILƏ QƏDƏR AZƏRBAYCANLA TICARƏT DÖVRIYYƏSINI DÖRD MILYARD DOLLARA ÇATDIRMAĞI PLANLAŞDIRIR - BORIS QRIZLOV

2021.10.20, 07:36
RUSIYA 2010-CU ILƏ QƏDƏR AZƏRBAYCANLA TICARƏT DÖVRIYYƏSINI DÖRD MILYARD DOLLARA ÇATDIRMAĞI PLANLAŞDIRIR - BORIS QRIZLOV

Gunaz.tv
RUSIYA 2010-CU ILƏ QƏDƏR AZƏRBAYCANLA TICARƏT DÖVRIYYƏSINI DÖRD MILYARD DOLLARA ÇATDIRMAĞI PLANLAŞDIRIR - BORIS QRIZLOV 200805132.jpg Rusiya 2010-cu ilə qədər Azərbaycanla ticarət dövriyyəsini dörd milyard dollara çatdırmağı planlaşdırır. «Bunun üçün real imkanlar var»,- deyə Rusiya Parlamentinin Aşağı palatası-Dövlət Dumasının sədri Boris Qrızlovun çərşənbə axşamı Bakıda Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib. Trend News-un məlumatına görə, Qrızlov qeyd edib ki, hazırda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,5 milyard dollardır. İlin sonuna qədər bu rəqəmin iki milyard dollara çatdırılması nəzərdə tutulub. Çərşənbə axşamı Qrızlovun Azərbaycana səfəri başlayıb. O, əvvəlcə Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. «Azərbaycan və Rusiya biznesmelərinin qarşılıqlı olaraq yatırdıqları investisyaların qorunması üçün «İnvestisyaların qarşılıqlı qorunması haqqında» qanunun qəbul olunmasına ehtiyac var», -deyə Qrızlov əlavə edib. Onun fikrincə, Moskva-Bakı-Tehran dəmir yol xəttinin çəkilməsi üçün beynəlxalq konsorsumun yaradılması vacibdir: «Rusiya dəmir yolun çəkilməsini və bunun üçün beynəlxalq konsorsumun yaradılmasını dəstəkləyir». Qrızlov bildirib ki, Rusiyanın «Rusalminium» şirkəti Azərbaycanda almnium istehsalı ilə məşğul olan kombinat tikmək istəyir. Azərbaycanda 391 Rusiya şirkəti fəaliyyət göstərir. Onlardan 174-ü Azərbaycan-Rusiya birgə müəssisələridir. 91 şirkət tam olaraq Rusiyaya məxsusdur, 124 şirkət isə filal və nümayəndəlikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar