SON XƏBƏRLƏR

Rusiya ABŞ-ın Çexiyada RMS elementləri quraşdırmasına "hərbi-texniki metodlarla" cavab verəcək

2021.10.20, 07:36
Rusiya ABŞ-ın Çexiyada RMS elementləri quraşdırmasına "hərbi-texniki metodlarla" cavab verəcək

Gunaz.tv
Rays və Şvartsenberq Lavrovu qəzəbləndirib Rusiya ABŞ-ın Çexiyada RMS elementləri quraşdırmasına "hərbi-texniki metodlarla" cavab verəcək lavrov.jpg Praqada ABŞ-ın dövlət katibi Kondoliza Rays və Çexiya xarici işlər naziri Karel Şvartsenberq ABŞ-ın Raketdən Müdafiə Sistemi çərçivəsində Çexiya ərazisində radar stansiyalarının qurulması barədə əsas razılaşmaya imza atıb. Moskva isə Vaşinqtonun ona məhəl qoymayaraq öz RMS elementlərini Şərqi Avropada yeləşdirməsinə ultimatumla cavab verib. Rusiya XİN-i hesab edir ki, ABŞ adminstrasiyası İranın xəyali raket təhlükəsi bəhanəsilə Avropada özünün qlobal Raketdən Müdafiə Sisteminin üçüncü xəttini yaradır. Tural Rusiya Federasiyası XİN xəbərdarlıq edib ki, əgər Çexiyada RMS yerləşdirilsə, Rusiya buna "hərbi-texniki metodlarla" cavab verəcək. Siyasi şərhçi Rauf Mirqədirov Rusiyanın hərbi doktrinasındakı dəyişiklərdə ABŞ-la münasibətlərinə xüsusi yer verildiyini düşünür: "Bu dəyişikliklərdən başqa, artıq Rusiyanın nüvə silahı daşımağa qadir olan bombardmançı təyyarələri Avropanın yeni sərhədləri boyunca uçurlar. Bu uçuşlar 1990-cı ildən bu ilin əvvəllərinə kimi baş tutmurdu. Son dövrlərə kimi Moskva öz raketlərini Avropa dövlətlərinə qarşı yönəltməmişdi. İndən sonra isə öz ərazisində RMS elementlərini yerləşdirən Avropa dövlətləri hədəfdə olacaq". Ekspert Rusiyanın ABŞ RMS elementlərini keçmək, onları önləmək üçün yeni sistemlər tətbiq edəcəyini proqnozlaşdırır. Yəni Rusiya XİN-in RMS-lərə hərbi-texniki metodlarla cavab veriləcəyilə bağlı bəyanatı bununla bağlı ola bilər. Bunun üçün Moskvanın müəyyən imkanları da var. Çünki neftin qiymətinin artması Rusiyaya imkan verir ki, Avropaya bəzi məsələlərdə diqtə etsin: "Rusiya dünyada qara qızıl resurslarının həcminə görə ikinci-üçüncü dövlət sayılır. Artıq ötən əsrin 1970-ci illərdə Rusiya-ABŞ qlobal qarşıdurmasının şahidi olmuşuq. Bu qarşıdurma nəinki Avrasiya məkanına, hətta Afrikaya da sirayət etmişdi. Sovet İttifaqı Afrikada sosialist dövlətləri yaradırdı. Sonradan da məlum oldu ki, həmin dövlətlərə rəhbərlik edən liderlərin bəziləri hannibalizmlə məşğul olublar. Ötən əsrin sonlarına doğru neftin qiyməti düşdü və bu proses dünyaya meydan oxumaq istəyən Sovet İttifaqının tənəzzülünə təkan verdi. Nəzərə almaq lazımdır ki, Rusiyanın bu gün daxili problemləri kifayət qədərdir. Əhalinin yaşayış səviyyəsi nə Avropa, nə də ABŞ-la müqayisə oluna bilməz. Belə bir şəraitdə qlobal qarşıdurmaya getmək daxili problemlərin həllini ləngidəcək. Vladimir Putinin də vaxtilə bəyanladığı kimi on il ərzində Rusiyanın orta Avropa dövləti səviyyəsinə çatması, əhalinin rifahını qaldırmaq məqsədinin reallaşdırmasının qarşısını alacaq. Nəticə etibarilə bu proses növbəti böhrana səbəb ola bilər". Ekspert əsas siyasi proseslərə güclü təsir edən neftin qiymətinin düşməsinin də gözlənilən böhranın qarşısını almasını mümkün saydı: "Digər tərəfdən bu gün neftin qiymətinin düşməsinin bir neçə səbəbi ola bilər ki, bunlardan biri də dünya iqtisadiyyatının yüksək enerji qiymətlərinə dözə bilməməsidir. Dünya siyasi böhran başlasa, bu, neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni Rusiyanın xarici siyasətində bu kimi amilləri də nəzərə almaq lazımdır. Bu gün neftin yüksək qiymətə sataraq dünyaya meydan oxumaq yox, gələcək rifahın və qüvvələr balansının yaradılmasının əsasını qoymaq lazımdır. Amma bu Rusiya siyasətində görünmür. Əksinə, Moskva dünyaya ağalıq etməyə çalışır. Belə niyyətlərin nəticəsi isə həmişə eyni olur". Rauf Mirqədirov payızda Çexiya parlamentində ratifikasiyası gözlənilən RMS sazişininin Praqanın və ümumilikdə, Avropanın təhlükəsizliyini də təmin etmədiyini düşünür: "Sadəcə olaraq müəyyən təhlükəsizlik sistemləri var ki, bunlar da konkret təhlükədən qorunmağa yönəlib. Avropa dövlətləri bu gün belə təhlükəni özlərinin bəyanladıqları kimi təkcə İrandan görmürlər. Belə təhlükə Rusiyadan da gələ bilər. Bu məqsədlə də Avropada təhlükəsizlik sistemini yaratmağa ehtiyac yaranıb ki, bu da mümkün hücum təhlükəsini müəyyən qədər azalda bilər. Əgər ölkələrin bir-birinə inamı olsaydı, dünyanı arzuolunmaz cığıra salmazdılar". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar