SON XƏBƏRLƏR

Rusiya Abxaziyanı "tərəf" elan edir

2021.10.20, 07:36
Rusiya Abxaziyanı "tərəf" elan edir

Gunaz.tv
Rusiya Abxaziyanı "tərəf" elan edir lavrov.jpg Sergey Lavrov: "Biz Təhlükəsizlik Şurasına tərəflər arasında güc tətbiq edilməməsi haqqında sazişin imzalanmasına yönələn qətnamə layihəsi təqdim etmişik" Rusiya Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə həllinin mümkünlüyü barədə söhbətlərə son qoymaq istəyir. Rusiya XİN-in rəhbəri Sergey Lavrov belə hesab edir. "Biz istəyirik ki, Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə həllinə dair istənilən spekulyasiyalara son qoyaq". Bu barədə Serbiya XİN-in rəhbəri ilə birgə mətbuat konfransında çıxış edən Lavrov bildirib. Lavrovun sözlərinə görə, Gürcüstanın məsələsini BMT səviyyəsinə qaldırmaq vaxtı çoxdan çatıb və Rusiya bunu edib: "Biz Təhlükəsizlik Şurasına bu gün ən çətin vəzifə - tərəflər arasında güc tətbiq edilməməsi haqqında sazişin imzalanmasına yönələn qətnamə layihəsi təqdim etmişik", - nazir bildirib. "XC" Onun sözlərinə görə, son günlərdə bu məsələ üzərində iş aparılıb, lakin sənəd "Qərb tərəfdaşlarımızın" qəti etirazına görə dayandırılıb: "Bizim Qərb tərəfdaşlarımız bu tələbi həmçinin qaçqınların qayıtması ilə bağlı sənədin imzalanması ilə əlaqələndirmək istəyirlər ki, bu da hazırki mərhələdə tamamilə qeyri-realdır. Belə ki, ümumiyyətlə qaçqınların qayıtması məsələsi əvvəlcə vəziyyətin sakitləşməsini, etibarın bərpa olmasını tələb edir və yalnız bundan sora bu mövzunu predmet planda nəzərdən keçirməyə ehtiyac yaranır". Lavrov hesab edir ki, münaqişə zonasını tərk etmiş insanların qayıtması istənilən nizamlamanın ən çətin aspektlərindən biridir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar