SON XƏBƏRLƏR

Rusiya atəşi dayandırmaq üçün Gürcüstanın qarşısında iki şərt qoyub

2021.10.20, 07:36
Rusiya atəşi dayandırmaq üçün Gürcüstanın qarşısında iki şərt qoyub

Gunaz.tv
Rusiya atəşi dayandırmaq üçün Gürcüstanın qarşısında iki şərt qoyub [ 10 Avqust 2008 11:59 ] Tiflis-APA. Sxinvalidə vəziyyət ağır olaraq qalsa da, şəhər atəşə tutulmur. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə telefonla Sxinvalidən yerli sakin Liana Valiyeva bildirib. Bütün gün zirzəmidə olduqlarını deyən L. Valiyeva işığa və içməli suya həsrət qaldıqlarını, Rusiyadakı yaxınlarına zəng etmək üçün hərdən açıq havaya buraxıldıqlarını söyləyib. O, beşmərtəbəli evin zirzəmisində çoxlu qadın, uşaq olduğunu bildirib. Sxinvali sakini şəhərdəki bütün evlərin artilleriya zərbələrindən dağıldığını söyləyib. L. Valiyeva bu gecənin əvvəlki günlərə nisbətən sakit keçdiyini də vurğulayıb. Bu arada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Avropa İttifaqı, ABŞ, ATƏT və NATO nümayəndələri Gürcüstana gəliblər. Rusiya isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin atəşi dayandırmaq barədə müraciətinə şərtlə cavab verib. M. Saakaşvili Rusiya prezidenti Dmitri Medvedyevə müraciət edərək, bu ağılsızlığı dayandırmağı istədiyini bildirib. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin isə bunun üçün rəsmi Moskvanın iki şərti olduğunu deyib. “Gürcüstan prezidentin bu təklifi tam məntiqlidir. Lakin onlar iki şərtə əməl etməlidirlər: birincisi, Gürcüstan Silahlı Qüvvələrini münaqişə zonasından çıxarmalı, ikincisi isə güc tətbiq etməmək barədə Cənubi Osetiya ilə saziş imzalamalıdır. Yalnız bundan sonra sonrakı proseslər barədə danışmaq olar”, - deyə Rusiya rəsmisi vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar