SON XƏBƏRLƏR

Rusiya dağılmağa başladı?

2021.10.20, 07:36
Rusiya dağılmağa başladı?

Gunaz.tv
Rusiya dağılmağa başladı? pxesmcb2.jpg Milli respublikalar Rusiyanın unitarlaşdırılmasına Tatarıstanın liderliyi altında müqavimət göstərir Tatarıstanın prezidenti Mintimer Şaymiyev Rusiyanın federal hakimiyyət orqanlarını kəskin tənqid edib. O, təklif edib ki, 2004-cü ildə Rusiya federasiyası subyektlərinin başçılarının seçilməsini qadağan edən qanun ləğv edilsin. Həmin qanuna görə, federasiya subyektinin seçkili orqanı Rusiya Federasiyasının prezidentinin qubernator vəzifəsinə irəli sürdüyü namizədi təsdiq etmədikdə o, həmin seçkili orqanı buraxa bilər.Federasiya subyektlərində prezident postunun ləğvi haqqında Kremldə hazırlanan planı təeqid edən prezident Şaymiyev belə deyib: «Bu, bizim daxili işimizdir. Əgər biz muxtar qurumlarla prezident postunun ləğvini istəmiriksə, bu məsələ ilə məşğul olmaq lazım deyil». Bəzi siyasi təhlilçilər Mintimer Şaymiyevin bu açıqlamasını Vladimir Putinin prezident postundan getməsi ilə əlaqələndirən şərhlər veriblər. Amma cənab Şaymiyev bu məsələni hələ 2005-ci il fevralın 25-də Tatarıstan Dövlət Şurasının iclasında etdiyi çıxışında qaldırmışdı. O, qubernatorların Moskva tərəfindən təyin edilməsi ilə barışmağın mümkünsüzlüyünü bildirmişdi: «Bir ildən sonra bu məsələyə yenidən qayıtmaq lazımdır». Bu hələ Putinin prezident olduğu və yenidən prezident seçilmək üçün Konstitusiyaya dəyişikliklər edə biləcəyi ilə bağlı müzakirələr getdiyi bir dövrdə verilmiş bəyanat idi. Əslində Mintimer Şaymiyev bütün federasiya subyektlərinin mövqeyini ifadə etdiyindən bu məsələnin bir ildə həllini tapacağını da düşünmüşdü. Daha doğrusu, Kremli bu müddətdə məsələni həll etməyin vacibliyinə inandırmaq istəmişdi. Amma Kreml Rusiyanın adını federasiya kimi saxlayıb faktik olaraq onu unitar dövlətə çevirmək xəttindən əl çəkmədi. O zaman Şaymiyev təcrübəli və praqmatik oyunçu olaraq hər şeyi dəqiq hesablayırdı. O, sonda belə demişdi: «İndiki siyasi situasiyada federal mərkəzlə qarşıdurmaya getmək doğru olmaz». Bu, o demək idi ki, Şaymiyev Moskva ilə aşkar qarşıdurmadan sonadək qaçmağın mümkün olmayacağını da bilirmiş. Tatarıstanın Konstitusiyasına edilən dəyişikliklərin, sadəcə, icrası dayandırıldı. Şaymiyev Moskva üzərinə hücumunu davam etdirərək bildirmişdi ki, əgər Tatarıstanın da başçısı federal mərkəz tərəfindən təklif olunursa, o zaman respublikanın rəhbər orqanlarına buradakı federal strukturların fəaliyyətini koordinasiya etmək üçün əlavə səlahiyyət verilsin. Şaymiyevin bu gedişindən sonra Kreml öz planlarının icrasını dayandırmağa məcbur oldu. Beləliklə, tatar prezident Rusiyanın o zamankı başçısı Putini heç-heçəyə razılaşmaq zorunda qoydu. Çünki Putinin deyil, Şaymiyevin təklif etdiyi model əksər federasiya subyektləri tərəfindən dəstəklənirdi. Tatar prezident faktik olaraq Rusiya federal subyektlərinin qeyri-formal liderinə çevrildi. 1995-ci ildə Tatarıstanla Rusiya Federasiyasının hökuməti arasında imzalanmış federasiyi müqaviləsinin on illik yubileyini xatırladan Şaymiyev həmin sənəddə Tatarıstan Respublikasının vətəndaşlığı haqda razılıq təsbit olunduğunu önə çəkmişdi. Amma Kreml güclü təzyiqlərlə onu bir qədər geriyə çəkilməyə məcbur etmişdi. Artıq 2007-ci ildə imzalanan yeni müqavilədə vətəndaşlıq Tatarıstan vətəndaşlığı institutu ləğv edildi və bundan sonra üzərinə Tatarıstanın herbi vurulmuş Rusiya pasportunda tatar dilində içlik əlavə edilməsi nəzərdə tutulurdu. Bu dəfə Moskva Rusiyanı unitarlaşdırmaq üçün yeni və daha sərt addımlar atmağa başladığında qarşısında əhalisi milliyyətcə türk, dini islam olan Tatarıstanı gördü. Tatarlar 90-cı illərin əvvəllərində Yeltsin hakimiyyətindən aldıqları suveren hüquqlarını mümkün qədər qoruyub saxlamaq istəyirlər. Bu, Rusiya Konstitusiyasında Tatarıstanın «dövlət» adlandırılması, eləcə də, Tatarıstanın suverenliyi haqqında bəyannamədə onun Rusiya Federasiyasının tərkib hissəsi olduğunu göstərən düzünə göstərişin olmamasıdır. Tatarlar bunun üzərində möhkəm dayanaraq gələcəkdə müstəqil dövlətə çevrilmək imkanlarını qoruyub saxlamaq istəyir. Bəzi versiyalara görə, Rusiya Federasiyasının heç də uzaqda olmayan dağılma prosesi elə buradan - Kremlin Rusiyanı unitarlaşdırmasından və ona milli respublikaların müqavimətindən başlana bilər. Elmar bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar