SON XƏBƏRLƏR

Rusiya Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə nizamlanmasının əleyhinədir – Rusiya XİN-in rəhbəri

2021.10.20, 07:36
Rusiya Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə nizamlanmasının əleyhinədir – Rusiya XİN-in rəhbəri

Gunaz.tv
Rusiya Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə nizamlanmasının əleyhinədir – Rusiya XİN-in rəhbəri _sergey_lavrov_210507-6.jpg V.Javronkova/ Rusiya Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə həllinin mümkünlüyü barədə söhbətlərə son qoymaq istəyir. Rusiya XİN-in rəhbəri Sergey Lavrov belə hesab edir. “Biz istəyirik ki, Gürcüstan-Abxaziya münaqişəsinin güc yolu ilə həllinə dair istənilən spekulyasiyalara son qoyaq”, - cümə axşamı Serbiya XİN-in rəhbəri ilə birgə mətbuat konfransında çıxış edən Lavrov bildirib. Cənubi Osetiya, Abxaziya və rəsmi Tbilisi arasında fikir ayrılıqları son aylar hərbi qarşıdurma xarakteri alıb. Qalidə terror aktları və Çxinvalidə atışmalardan sonra tanınmamış birləşmələr Tbilisini vəziyyətin kəskinləşdirilməsində ittiham ediblər. Tbilisi isə bu hadisələrdə əli olmadığını bəyan edib və öz növbəsində Rusiya və qondarma rejimləri terror aktlarında ittiham edib. Lavrovun sözlərinə görə, Gürcüstanın məsələsini BMT səviyyəsinə qaldırmaq vaxtı çoxdan çatıb və Rusiya bunu edib. “Biz Təhlükəsizlik Şurasına bu gün ən çətin vəzifə – tərəflər arasında güc tətbiq edilməməsi haqqında sazişin imzalanmasına yönələn qətnamə layihəsi təqdim etmişik”, - nazir bildirib. Onun sözlərinə görə, son günlərdə bu məsələ üzərində iş aparılıb, lakin dünən sənəd “Qərb tərəfdaşlarımızın” qəti etirazına görə dayandırılıb. “Bizim Qərb tərəfdaşlarımız bu tələbi həmçinin qaçqınların qayıtması ilə bağlı sənədin imzalanması ilə də bağlamaq istəyirlər ki, bu da hazırki mərhələdə tamamilə qeyri-realdır. Belə ki, ümumiyyətlə qaçqınların qayıtması məsələsi əvvəlcə vəziyyətin sakitləşməsini, etibarın bərpa olmasını tələb edir və yalnız bundan sora bu mövzunu predmet planda nəzərdən keçirməyə ehtiyac yaranır”, - nazir bildirib. Onun sözlərinə görə, münaqişə zonasını tərk etmiş insanların qayıtması istənilən nizamlamanın ən çətin aspektlərindən biridir. SSRİ dağıldıqdan sonra Gürcüstan SSR-in tərkibində muxtariyyət statusuna malik Abxaziya və Cənubi Osetiya öz müstəqilliyini elan edib. Gürcüstanın Abxaziya üzərində nəzarəti itirməsinə gətirən hərbi münaqişədən sonra uğursuz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstanın tərkibində geniş muxtariyyət təklif edir ki, bu da separatçıları qane etmir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar