SON XƏBƏRLƏR

RUSİYA GÜRCÜSTAN SƏRHƏDİNƏ DESANT YIĞIR

2021.10.20, 07:36
RUSİYA GÜRCÜSTAN SƏRHƏDİNƏ DESANT YIĞIR

Gunaz.tv
RUSİYA GÜRCÜSTAN SƏRHƏDİNƏ DESANT YIĞIR Hava-desant diviziyası Pskovdan Şimali Qafqaza gətirilib 4090.jpg Rusiya bir gün əvvəl Şimali Qafqazda başlatdığı hərbi təlimlər çərçivəsində ölkənin içərilərindən hava-desant qüvvələrini Gürcüstan sərhədləri istiqamətinə cəmləşdirir. Rusiya KİV-lərinin məlumatlarına görə, dünən Pskov vilayətində dislokasiya olunmuş hava-desant diviziyası İl-76 hərbi nəqliyyat təyyarələri ilə Şimali Qafqaza gətirilib. Bəzi məlumatlara görə, diviziyanın bir hissəsi təlimlərin gedişində gürcü-abxaz münaqişəsi bölgəsinə yeridiləcək. Rusiyanın quru qoşunları komandasının köməkçisi polkovnik İqor Konaşenkov bildirib ki, desantçıların Abxaziyada yerləşdiriləcəyi haqda məlumatlar doğru deyil, lakin onlar manevrlərdə iştirak edəcəklər. Onun sözlərinə görə, desantçıları silah və texnikaları ilə birlikdə daşımaq üçün Pskovdan Şimali Osetiyanın Mozdok şəhərinə 5 İl-76 nəqliyyat təyyarəsi uçub. Daha sonra desantçılar manevrlərin keçirildiyi bölgədə 2,5 min metr yüksəklikdən hərbi texnikaları ilə birlikdə atılacaqlar. Bu, Rusiyanın Şimali Qafqazda keçirdiyi ən iri desant əməliyyatıdır. Volqoqrad vilayətindən isə quru qoşunlarının desant-hücum briqadası təlim bölgəsinə gəlir. Konaşenkonun sözlərinə görə, 20-ci motoatıcı desant diviziyası hərbi texnikası ilə birlikdə dəmiryol eşalonlarına yüklənib və tezliklə Şimali Qafqaza çatacaq. Polkovnik məlumat verib ki, eşalon Krasnodar diyarında boşalacaq, oradan isə öz hərbi texnikası ilə birlikdə manevrlərin keçirildiyi bölgəyə yollanacaq. Xatırladaq ki, Rusiyanın gözlənilmədən başlatdığı hərbi manevrlərdə 8 minə qədər hərbçi və 700 döyüş texnikası, o cümlədən aviasiya iştirak edir. Təlimlərin ssenarisinə görə, “beynəlxalq terrorçu qruplaşması” Şimali Qafqazın dağlıq rayonlarında öz bazalarını yaratmaq istəyir və oradan ölkənin cənubunda vəziyyəti destablizə etməyə çalışır. Həmçinin terrorçular Rusiyanın cənub sərhədlərini keçmək istəyir. Təlimlərə cəlb edilən qüvvələr isə cənubdan gələn bu təhlükənin qarşısını almalıdır. Xəbər verildiyi kimi, Gürcüstan silahlı qüvələri də eyni gündə NATO proqramı çərçivəsində Amerika hərbçiləri ilə Tiflis yaxınlığında hərbi manevrlərə başlayıb. “Çevik cavab-2008" adlı bu manevrlərdə məqsəd Gürcüstana qarşı yönəlmiş mümkün təhlükələrə cavab verməkdir. Manevrlər Gürcüstanın Rusiya tərəfindən hərbi-siyasi təzyiqlərə məruz qaldığı bir vaxtda keçirilir. Lakin Rusiya eyni vaxtda Gürcüstan sərhədləri yaxınlığında irimiqyaslı hərbi manevrlər başlatmaqla Tiflisə güc nümayiş etdirir. Gürcü mətbuatının yazdığına görə, Rusiya artıq Abxaziyada desantçılar və çeçenlərdən ibarət ”Şərq" batalyonunu yerləşdirib. Yaxın həftələrdə Abxaziyanın Gürcüstanın nəzarətində qalan Kador dərəsinin yuxarı hissəsini ələ keçirmək üçün Rusiya qüvvələrinin təxribatlar törədəcəyi haqda məlumatlar var. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar