SON XƏBƏRLƏR

Rusiya Gürcüstanla sərhəddəki iki aşırımı tutdu

2021.10.20, 07:36
Rusiya Gürcüstanla sərhəddəki iki aşırımı tutdu

Gunaz.tv
Rusiya Gürcüstanla sərhəddəki iki aşırımı tutdu rusiya-xrebet.jpg Kreml qonşu dövlətlə sərhədə böyük sayda hərbi qüvvə yığır “Qafqaz-2008” təlimlərində iştirak edən Rusiya Hava Desant Qüvvələrinin Pskovdakı 76-cı və Novorossiyskdəki 7-ci diviziyalarının hissələri Böyük Qafqaz silsiləsindəki Roks və Mamison aşırımlarında mövqe tutublar. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya quru qoşunlarının baş komandanının köməkçisi İqor Konaşenkov bildirib. Xatırladaq ki, təlimlərin birinci günü HDQ-nin mətbuat xidmətinin rəhbəri qoşunların irəliləməsinin gürcü-abxaz münaqişəsi ilə heç bir əlaqəsi olmadığını iddia edib. Amma Böyük Qafqaz silsiləsinin aşırımları Böyük Qafqazdakı dağ sistemi silsiləsinə daxildir. Rusiyanı Cənubi Qafqazla birləşdirən Transqafqaz avtomagistralı Roks aşırımında yerləşir. Mamison aşırımı isə bilavasitə Gürcüstan sərhədi yaxınlığındadır. Xatırladaq ki, hərbi təlimlər Rusiyanın hərbi təyyarələrinin Cənubi Osetiya üzərində uçuşlar həyata keçirdiyini etiraf etməsindən sonra başlayıb. Qeyd edək ki, bu gün Volqoqrad motoatıcı birləşməsinin hissələrinin dəmir yolu ilə Krasnodar vilayətinə atılması başa çatdırılır. Krasnodar vilayətinin də Gürcüstanla ümumi sərhədi var. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar