SON XƏBƏRLƏR

Rusiya ilə Ukrayna arasında da gərginlik yaranıb

2021.10.20, 07:36
Rusiya ilə Ukrayna arasında da gərginlik yaranıb

Gunaz.tv
Rusiya ilə Ukrayna arasında da gərginlik yaranıb article_1218273914.gif Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb. Ukrayna XİN Rusiyanı təmkin nümayiş etdirməyə və separatçı rejimi danışıqlar masasına qaytarmaq üçün öz nüfuzundan istifadə etməyə səsləyib: “Danışıqların uğurunun əsası bu ola bilər ki, hərbi əməliyyatlar dərhal dayandırılsın, Rusiya tərəfi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini şərtsiz tanısın. Ukrayna problemin həllinə öz töhfəsini verməyə hazırdır”. Rusiya isə Ukrayna tərəfinin bəyanatına çox sərt reaksiya verib. Rusiya XİN Ukrayna hakimiyyətinin Gürcüstanı Cənubi Osetiyada hərbi müdaxiləyə və etnik təmizləməyə təhrik etdiyini bildirib. XİN Ukraynanın son vaxtlar Gürcüstan ordusunu dişinə qədər silahlandırdığını və münaqişənin həllində hansısa rol oynamağa haqqı olmadığını bəyan edib. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar