SON XƏBƏRLƏR

Rusiya millətçiləri Bakını savaşla hədələyir

2021.10.20, 07:36
Rusiya millətçiləri Bakını savaşla hədələyir

Gunaz.tv
Rusiya millətçiləri Bakını savaşla hədələyir esm_9iyul.jpg "Ukrayna, Gürcüstan və Azərbaycanı NATO-ya üzv etmək üçün bütün vasitələrə əl atan ABŞ Rusiyanı müharibə ilə hədələyir. Rusiyanın daxilində isə xaricdən maliyyələşdirilən müxtəlif qeryi-hökumət təşkilatları, çoxsaylı ekspertlər və nyusmeykerlərdən ibarət daxili düşmən Vladimir Putin və Dmitri Medvedyevin həyata keçirdiyi islahatlara mane olmağa, ölkədə xaos və qeyri-stabillik yaratmağa çalışırlar". Rusiyanın radikal millətçi "Avrasiya Gənclər İttifaqı"nın Cənubi Osetiyanın paytaxtı Sxinvalidə keçirdiyi III qurultayının yekun qətnaməsində bildirilir ki, "qərb ölkələrinin xüsusi xidmətlərinin maliyyələşdirdiyi casus və təxribatçılar Rusiyanı dağıdaraq zəiflətməyə can atır, Moskvaya qarşı real şəbəkə savaşı aparırlar. "Ölkəmizin ən mühüm bölgələrindən biri də Qafqazdır. Məhz bu səbəbdən Qərb ölkələrinin xüsusi xidmət strukturları və qeyri-hökumət təşkilatları Rusiyanı Qafqazdan çıxarmaq üçün fövqəladə, titanik səylər göstərirlər. Məğrur Qafqaz xalqlarını bir-birinə düşmən etməyə çalışan, Çeçenistanda qiyamı təşkil edib maliyyələşdirənlər, Beslanda qan tökdürənlər də məhz onlardır. Bununla bağlı olaraq bildiririk ki, Cənubi Osetiya, Abxaziya və Ləzgistana minlərlə silahlı könüllü yollayıb qardaş xalqları soyqırım və əsarətdən müdafiə etməyə hazırıq. Məqsədimizi həyata keçirmək istiqamətində ilk addım qismində İnformasiya və Kəşfiyyat Xidməti yaradırıq", - sənəddə bildirilir. Sxinvalidəki Cənubi Osetiya Dövlət Universitetinin akt zalında "Bir xalq - bir ürək" devizi ilə keçirilən qurultayda Ymumrusiya Avrasiya Hərəkatının lideri Aleksandr Duqin çıxış edərək bildirib ki, indi avrasiyaçılıqla qərbçilik arasında sərt qarşıdurma var. "Birqütblü və çoxqütblü dünya qurmaq istəyənlərin arasında çox ciddi mübarizə var. Osetinlər avrasiyaçılıq ideyasına mənsub olduqlarını bilməsələr də, əməlləri və çoxillik mübarizələri ilə bu ideyanın daşıyıcıları olduqlarını sübut edirlər. Bu qurultayda Rusiya, Ukrayna, Fransa, Türkiyə, Qazaxıstan, İtaliya və digər ölkələrdən gəlmiş avrasiyaçılar iştirak edirlər. Onlar bilirlər ki, Qafqaz bölgəsində Qərb öz maraqlarını tam təmin etməyə çalışır, bu yolda Gürcüstan və Azərbaycandan alət kimi istifadə edir. Tiflis osetinlər və abxazlara qarşı təzyiq, soyqırım siyasəti yeridirsə, Azərbaycan da ləzgilərin müstəqil Ləzgistan qurmalarına qarşı çıxır", - A.Duqin söyləyib. Qurultayın təşkilatçılarından biri olan Cənubi Osetiya Sosialist Partiyasının ("Fedebasta") nümayəndələri də Dağıstandakı separatçı "Sadval" hərəkatını "ləzgilərin milli-azadlıq təşkilatı" kimi təqdim edərək, uydurma "Ləzgistan" idefiksini dəstəklədiklərini bildiriblər. Cənubi Osetiyadakı separatçı reжimin lideri Eduard Kokoytı Azərbaycanın ünvanına hədələr söyləməkdən çəkinsə də, "Sadval" separatçılarını dəstəklədiyini və rəsmi Bakının siyasətinə qarşı çıxdığını üstüörtülü ifadələrlə bildirib. "Əvvəllər Sovet İttifaqı adlanan məkandakı bütün sağlam qüvvələri birləşdirməli, insanlarla dövlətlərin mehriban qonşuluq və birlik şəraitində yaşamalarını təmin etməliyik. Bölgədəki dövlətləri müxtəlif hərbi bloklara sürüməklə, müəyyən qüvvələrin sifarişlərini yerinə yetirməklə, azsaylı xalqların hüquqlarını tapdamaqla bəzi hökumətlər və dövlət başçıları xalqlarını uçuruma apardıqlarını anlamalıdır. Hesab edirəm ki, indi bizə sırımağa çalışdıqları birqütblü dünya siyasəti çox acı nəticələr verə bilər", - E.Kokoytı söyləyib. Avrasiya Gənclər İttifaqının (AGİ) lideri Pavel Zarifullin qurultayda çıxış edərkən bildirib ki, onlar 1991-ci ildə keçirilmiş referendumda xalqların iradəsinə zidd olaraq SSRİ-nin dağıdılmasını tanımırlar. "Bizim üçün yalnız Böyük Rusiya var ki, ruslarla tarixi və üzvi bağları olan xalqların hamısı ora daxildir. Gürcüstan və Azərbaycandakı reжimlər bunun əksini sübut etməyə çalışsalar da, onların səyləri heç bir nəticə verməyəcək", - P.Zarifullin söyləyib. Cənubi Osetiya Sosialist Partiyasının ("Fıdıbasta") lideri Vyaçeslav Qobozov da "abxaz və ləzgi qardaşlarının milli-azadlıq mübarizə"lərini tam dəstəklədiklərini vurğulayıb. Qurultayda "Fıdıbasta"nın gənclər təşkilatının sədri Alan Cussoyev AGİ ilə birlikdə yaradılacaq, mərkəzi qərargahı Sxinvalidə olacaq "Siyasi Əməkdaşlıq Alyansı"nın baş katibi. Təşkilatın Avropa Birliyindəki nümayəndəliyinin sədri postuna isə "Avrasiya Gənclər İttifaqı"nın İtaliyadakı bölməsinin rəhbəri Luko Byenti təşkil edilib. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar