SON XƏBƏRLƏR

Rusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv edir

2021.10.20, 07:36
Rusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv edir

Gunaz.tv
Rusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv edir Kreml muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Tatarıstan parlamenti tətilə çıxmazdan əvvəl prezidentlik institutunun ləğvi Konstitusiya dəyişikliyini müzakirəyə çıxarmaq niyyətindədir. Belə olan təqdirdə Tatarıstana 17 ildir rəhbərlik edən Mintimer Şaymiyev parlamentin spikeri olacaq. Analoji islahatların sonradan digər muxtar respublikalarda da həyata keçiriləcəyi istisna edilmir. Rusiya mətbuatı Tatarıstan nümunəsinin ilk öncə Başqırdıstan və Çuvaşiyada tətbiq olunacağını yazır. ---------------------------------------------------------------------------- Estoniyanın iqtisadi artım tempi Avropa Birliyində ən aşağı oldu Biznes-QayNar: Estoniya Statistika Departamentinin verdiyi məlumata görə 2008-ci ilin birinci rübündə Estoniyanın iqtisadi artım tempi keçən ilin eyni dövrü ilə müqayisədə 0,1% artıb. Bu göstərici Avropa Birliyinə daxil olan bütün dövlətlərlə müqayisədə çox aşağıdır. Əvvəl belə güman olunurdu ki, Estoniyanın ÜDM-i birinci rübdə 2,5-2,8% artacaq. Lakin enerji ehtiyatları olmayan bu ölkənin iqtisadiyyatı dünya maliyyə böhranı və enerji resurslarının bahalaşmasından əhəmiyyətli dərəcədə ziyan çəkdi. 2007-ci ildə Estoniyanın ÜDM-i 4,8% artdı. Kredit böhranından təkcə Estoniya deyil, həmçinin bir sıra Qərbi Avropa ölkələri də ziyan çəkdi. Buna görə də Avropa Komissiyası bir neçə dəfə ÜDM və inflyasiya ilə bağlı proqnozları təkcə son bir neçə ayda dəyişmək məcburiyyətində qalmışdır. //biznes.qaynar.info

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar