SON XƏBƏRLƏR

RUSİYA ORDUSU ERMƏNİSTANDA TƏLİMLƏRƏ BAŞLADI

2021.10.20, 07:36
RUSİYA ORDUSU ERMƏNİSTANDA TƏLİMLƏRƏ BAŞLADI

Gunaz.tv
RUSİYA ORDUSU ERMƏNİSTANDA TƏLİMLƏRƏ BAŞLADI Manevrlərdə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına daxil olan 4 ölkədən qoşunlar iştirak edir 741.jpg Dünən Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin “Rubej-2008” adlı hərbi təlimləri başlayıb. Manevrlərdə Ermənistanla yanaşı Rusiya və Tacikistandan 4 minə yaxın hərbçi iştirak edir. Manevrlər dörd mərhələdə-Ermənistan və Rusiya ərazlərində keçiriləcək. Ermənistanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Bağdasaryan təlimlərin açılışı zamanı bildirib ki, manevrlərdə məqsəd Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün birgə müdafiə əməliyyatlarının hazırlanıb həyata keçirilməsidir. Onun sözlərinə görə, bu təlimlərin mühüm hərbi-siyasi əhəmiyyəti var. Bağdasaryan deyib ki, təlimlərin idarə edilməsinə KTMT-nin birləşmiş qərargahı, bu bloka daxil olan ölkələrin müdafiə nazirlikləri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ qrupu və digər orqanlar cəlb olunub. Onun bildirdiyinə görə, manevrlərin birinci mərhələsində döyüş silahlarından taktiki atəş təlimləri keçiriləcək. KTMT-nin baş katibi Nikolay Bordyuja isə deyib ki, ilk dəfədir bu blok çərçivəsində belə təlimlər keçirilir. Onun bildirdiyinə görə, təlimlərin ssenarisində dünyanın aparıcı nəhəngləri arasında münasibətlərin kəskinləşməsi fonunda Qafqazda hərbi-siyasi gərginliyin yaranmasından irəli gələ biləcək variantlar daxil edilib. Bordyuja deyib ki, bu təlimlər zamanı ötən il Qazaxıstanda keçirilmiş manevrlərin təcrübəsindən istifadə ediləcək. Xatırladaq ki, Rusiya ordusu Şimali Qafqazda da hərbi təlimlər keçirir. Gürcüstanda hazırda Amerika hərbçilərinin iştirakı ilə NATO təlimləri gedir. Ukraynada isə NATO-nun “Dəniz ilbizi” adlı hərbi-dəniz manevrləri yekunlaşmaq üzrədir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar