SON XƏBƏRLƏR

Rusiya Polşanı nüvə zərbəsi ilə hədələdi

2021.10.20, 07:36
Rusiya Polşanı nüvə zərbəsi ilə hədələdi

Gunaz.tv
Rusiya Polşanı nüvə zərbəsi ilə hədələdi nuve-zerbesi.jpg Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Polşanı nüvə zərbəsi ilə hədələyib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Baş Qərargah rəisinin müavini Anatoli Naqovitsın ərazisində Amerikanın RƏM sisteminin elementlərini yerləşdirən Polşanın potensial hədəfə çevrildiyini bəyan edib. Naqovitsın ABŞ-ın Polşanın deyil, özünün raket əleyhinə müdafiə sistemini qurduğunu vurğulayıb: “Polşa isə RƏM sisteminin elementlərini ərazisində yerləşdirməklə özünü zərbə altında qoyur. Bu, 100 faizdir. Əks-tədbir hədəfinə çevrilir. Belə hədəflər ilk növbədə məhv edilirlər”. Naqovitsın Rusiyanın Polşaya qarşı nüvə zərbəsindən də istifadə edə biləcəyini bəyan edib: “Hərbi doktrinada dəqiq yazılıb: biz nüvə silahından nüvə bombasına malik olan ölkələrə, ona kömək edən müttəfiqlərinə, eləcə də ərazisində başqa ölkənin nüvə silahını yerləşdirən dövlətlərə qarşı istifadə edə bilərik. Bu prinsip strateji önləmə sisteminin elementi olan RƏM obyektlərinə də aiddir. Polşa bunu bilməyə bilməz». LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar