SON XƏBƏRLƏR

RUSİYA PREZİDENTİ AZƏRBAYCANI HƏDƏLƏYİR?

2021.10.20, 07:36
RUSİYA PREZİDENTİ AZƏRBAYCANI HƏDƏLƏYİR?

Gunaz.tv
RUSİYA PREZİDENTİ AZƏRBAYCANI HƏDƏLƏYİR? dmitriy_medvedev-1.jpg Rusiya və Moldova prezidentləri Cənubi Osetiyadakı vəziyyəti nəzərə alaraq, Dnestryanı problemin tezliklə həllinin tərəfdarı olduqlarını bildiriblər. RF prezidenti Dmitri Medvedev deyib ki, son hadisələr “dondurulmuş münaqişələrin nə qədər təhlükəli ola biləcəyini” göstərib. “Problem hərbi müdaxiləyə qədər gərginləşdi. Bu, hamı üçün xəbərdarlıqdır və başqa münaqişələrə də bu kontekstdə yanaşmaq lazımdır”, deyə Medvedev bildirib. Bu ifadə Moldova və Azərbaycana qarşı Dnestryanı və Qarabağ münaqişələrini hərbi yolla həll etməmək tələbi kimi səslənir. Maraqlıdır ki, bazar ertəsi gün ərzində Rusiya KİV-ləri daim Medvedevin ilkin ifadəsinə “düzəliş edərək”, əmr tonunu və başqa ölkələrin işinə müdaxilə kimi səslənə biləcək sözləri yığışdırmağa çalışırdılar. Bununla belə, Medvedevin ifadələrinin mənası əvvəlki kimi qalır – münaqişələrin həllində güc yolu Moskvanın cavab reaksiyasına səbəb olacaq. O da maraqlıdır ki, Moskva Moldovaya Dnestryanı münaqişənin həllini təklif edir və bu məqsədlə Moldova hakimiyyətini separatçıların liderlərinin danışıqları masasına əyləşdirir. Moskvanın Dnestryanında vəziyyətdən belə narahatlığı Moldova regionunun Rusiyadan Ukrayna ərazisi ilə ayrıldığını və hərbi qarşıdurma olduğu halda Ukrayna hakimiyyətinin rus ordusunu Dnestryanına buraxmayacağı ilə əlaqədardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar