SON XƏBƏRLƏR

Rusiya prezidenti Dimitri Medvedev Bakıdadır

2021.10.20, 07:36
Rusiya prezidenti Dimitri Medvedev Bakıdadır

Gunaz.tv
Rusiya prezidenti Dimitri Medvedev Bakıdadır dmitri_medvedev-02-07.jpg Hazırda o, Azərbaycan Prezidentinin qəbulundadır Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Bakıya gəlib. Hazırda o, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulundadır. Azərbaycan, Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevin ilk dəfə olaraq səfər edəcəyi sayca ikinci MDB ölkəsi olacaq. Ekspertlər Medvedevin bu səfərini regionda baş verən son hadisələrlə əlaqələndirirlər. Avropa və bir sıra MDB dövlətlərinə enerji daşıyıcılarının nəqlində ilk sıranı əldən verməyən Rusiya indi Azərbaycandan qaz almaq istəyir. Medvedevin Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə "Qazprom"un Azərbaycandan qaz alqısı ilə bağlı təkliflərini də müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Rusiya və Azərbaycan prezidentlərinin görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyi gözlənilir. /ANS Press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar