SON XƏBƏRLƏR

Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə mane olur

2021.10.20, 07:36
Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə mane olur

Gunaz.tv
"Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə mane olur" "Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasa, Ermənistanın gələcəyi sual altındadır" moskva.jpg ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiye Azərbaycana səfəri zamanı indiyədək beynəlxalq təşkilat nümayəndələrinin dilindən səslənməyən bir fikir irəli sürüb. ATƏT rəsmisi Qarabağ münaqişəsinin həllinin geosiyasi amillərin əsirinə çevrildiyini bəyanlayıb. Heyki Talvitiye də bildirib ki, Azərbaycan Ermənistanı öz iqtisadi proqramlarına cəlb etsə, yaxşıdır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri son dövrlərdə Qafqaz regionunda maraqlı hadisələrin cərəyan etdiyini söylədi. Tural Ekspert Heykki Talvitiyenin Dağlıq Qarabağ münaqişəsilə bağlı ortaya açıq mövqe qoymasını və bu konfliktin tənzimlənməsinə mənfi təsir göstərən geosiyasi amillərin olmasını söyləməsini başadüşülən saydı: "Qarabağ probleminin həllini çətin duruma salan əsas amillərdən biri Rusiyanın işğalçı Ermənistanı daim silahlandırmasıdır. Bu konfliktin həll olunması Kremlin maraqlarına uyğun deyil. Çünki Cənubi Qafqazda basdırılan bu partlamamış mina-Dağlıq Qarabağ münaqişəsi nizamlanarsa, Moskva və İrəvan arasında strateji əməkdaşlığa ehtiyac duyulmayacaq. Rusiya Federasiyasının Ermənistanda Gümrüdəki kimi hərbi baza saxlaması da lazımsız bir iş olacaq. Bu gün ABŞ və İran amilindən çox, Rusiya amili Qarabağ münaqişəsinin ədalətli prinsiplərlə həllinə mane olur". ABŞ və Avropa Birliyinin bu məsələdə passivlik nümayiş etdirdiyini deyən ekspert Qərbin bu münaqişəninin həllində ciddi şəkildə maraqlı olmadıqlarını düşünür: "Həqiqətən də bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsəydilər, münaqişənin nizamlanması prosesini bir qədər inkişaf etdirmək olardı. Amma proseslərin gedişindən görünür ki, Avropa Birliyi və ABŞ-ın belə bir istəyi yoxdur, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiya iləmünasibətləri pozmaq, "başını ağrıtmaq istəmir". Çox maraqlı bir məqam da var ki, ATƏT-i Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza həm Dağlıq Qarabağ problemi, həm Abxaziya münaqişəsi, həm də Xəzər dənizinin statusunun həlli məsələləriylə məşğul olur. Belə bir sual yaranır ki, bu vəziyyətdə Dağlıq Qarabağ kimi münaqişə ilə məşğul olmağa bu adamın vaxtı necə çatır? Cavab isə budur ki, ABŞ məsələyə dırnaqarası yanaşır. Atəşkəs rejiminin pozulması, problemin şiddətlənərək ikinci savaşın başlanması həddinə gəlməsindən ehtiyat edilir, amma nə ABŞ, nə də Avropa Birliyi qolunu çırmayıb ortaya atılmaq istəmir. Sadəcə olaraq bir neçə məsələ ilə məşğul olan adamları Dağlıq Qarabağ danışıqlarına da cəlb etməklə vaxt keçirirlər". Elxan Şahinoğlunun sözlərinə görə, ATƏT rəsmisi problemin nizamlanmasına regionda bir sıra geosiyasi amillərin mane olmasını deyəndə, böyük dövlətlərin təsirlərini nəzərdə tutub. Bu dövlətlərin bir qisminin Azərbaycanla, digər qisminin isə işğalçı dövlətlə strateji münasibətləri var. Ona görə də bölgədə supergüclərin hərəsinin öz marağının olması Qarabağ münaqişəsinin nizamlanmasına mane olur. Azərbaycanın Avrasiyanın əsas dövlətlərindən birinə çevrilərək, böyük layihələrə qoşulduğunu deyən politoloq bu səbəbdən də rəsmi Bakıya dəstək verən dövlətlərin sayının artdığın vurğuladı. Amma elə ölkələr də var ki, bu cür bölgəsəl layihələrdən narahtdırlar və inkişafımıza mane olan problemin düyünə düşməsinə çalışırlar: "Talvitiye məhz bu amilləri nəzərdə tutaraq deyib ki, geosiyasi amillərin mövcudluğu səbəbindən Qarabağ münaqişəsinin həlli çətinləşib. ATƏT rəsmisinin Azərbaycanı Ermənistanı özünün iqtisadi layihələrinə qoşmağa çağırması isə köhnə fikirlərdir. Əslində yaxın tarixdən də məlumdur ki, Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi müzakirə olunarkən İrəvana müəyyən mesajlar göndərilmişdi ki, əgər işğalçılıq siyasətindən əl çəksə, bu boru kəməri Ermənistandan keçər ki, nəticədə də bu ölkə böyük iqtisadi dividentlər əldə edə bilər. Amma işğalçı dövlətin buna razı olmaması Bakı-Tiflis-Ceyhan kəmərindən sonra reallaşan enerji və nəqliyyat layihələrin də Ermənistandan yan keçməsilə nəticələndi". Ekspertin fikrincə, buna baxmayaraq Ermənistana Azərbaycan və Türkiyədən yenə də mesajlar göndərilməsi İrəvana verilən şansların qalmasından xəbər verir. Hələ də gec deyil, Rusiyanın forpostu öz niyyətlərindən əl çəksə, regional layihələrə qoşula bilər. Ancaq indi reallıq budur ki, Ermənistanın dəyişən hakimiyyəti bununla razılaşmır. Elxan Şahinoğlunun sözlərinə görə, iqtisadi amil Dağlıq Qarabağ münaqişənin həllində həmişə öndə olub. Sadəcə olaraq, bunun hələ hərəkətə gətirmə mexanizmi yoxdur: "Amma fikrimcə, İrəvanda iqtisadi durum bir qədər də ağırlaşandan sonra erməni siyasi dairələri bu haqda daha çox düşünməyə başlayacaq. Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasa, Ermənistanın gələcəyi sual altındadır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar