SON XƏBƏRLƏR

Rusiya qəhrəman azərbaycanlı generalı unutmayıb

2021.10.20, 07:36
Rusiya qəhrəman azərbaycanlı generalı unutmayıb

Gunaz.tv
Rusiya qəhrəman azərbaycanlı generalı unutmayıb Ymumdünya Rus Xalq Şurasının (VRNS) nümayəndələri Rusiyanın paytaxtı Moskva şəhəri və ya Sankt-Peterburqdakı küçələrdən birinə azərbaycanlı general Hüseyn xan Naxçıvanlının adının verilməsini təklif ediblər. "Vacib olan məsələ şəhər və əyalətlərimizi cinayətkarların adlarından təmizləmək yox, həm də qəhrəmanlarla igidlərin adlarını əbədiləşdirməkdir. Çar Rusiyası dönəminin parlaq, möhtəşəm xadimləri var. Məsələn, knyaz Hüseyn xan Naxçıvanlı kimi", - "Rus Sahibkarı" fondunun prezidenti, VRNS-in Yekaterinburq bölməsinin həmsədri Sergey Pisarev deyib. Onun sözlərinə görə, çar II Nikolay dönəmində Rusiya ordusunun genaralı olmuş Hüseyn xan Naxçıvanlı istedadlı, taxt-taca sədaqətli hərbçi idi. O, çarın taxt-tacdan könüllü əl çəkməsindən sonra Müvəqqəti Hökumətə and içməkdən boyun qaçırıb. "Azərbaycanlı generalın belə heyrətamiz əqidə, mətinlik və Rusiya taxt-tacına sonsuz sədaqəti geniş ictimaiyyətin diqqətinə çatdırılması gərəkən dəyərlərdir. Axı nə üçün Moskva və ya Sankt-Peterburqdakı küçələrdən birinə qəhrəman azərbaycanlı generalın adını verməyək ki?!" - S.Pisarev söyləyib. Ymumdünya Rus Xalqı Şurasının insan haqlarının müdafiəsi mərkəzinin direktoru Roman Silantyev isə bildirib ki, general Hüseyn xan Naxçıvanlının adı mütləq əbədiləşməlidir. "Azərbaycan xalqının böyük oğlunun adının küçəyə verilməsi tarixi ədalətin bərpası ilə bağlı simvolik akt olmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidməd edəcək addım olardı", - R.Silantyev söyləyib. Rusiya Monarxik Partiyası, Rusiya Zadəganlar Birliyi, habelə 3 siyasi partiyanın rəhbərliyi də bu təklifi dəstəkləyib. İrəvan quberniyasının sahibləri olan Naxçıvan xanlarının ailəsinin mənsubu olan Hüseyn xan Naxçıvanlı 1863-cü ilin dekabrın 7-də anadan olub. 10 yaşında Rusiyanın Əlahəzrət İmperatorunun Paж Korpusuna yazılıb, oranı fərqlənmə ilə bitirib və Rusiya imperatorunun əmri ilə leyb-qvardiyanın korneti rütbəsi alaraq süvari alayında hərbi xidmətə başlayıb. Bu alayın komandiri titulunu isə Rusiya çarı daşıyırdı. 1889-cu ildə Hüseyn xan Naxçıvanlı məşhur rus şairi, tərcüməçi və naşiri Nikolay Gerbelin qızı Sofiya ilə evlənir. Bu izdivacdan Nikolay, Georgi və Tatyana doğulublar. Knyaz titulu daşıyan Hüseyn xan farslar tərəfindən kor edilmiş qəhrəman Kəlbəli xan Naxçıvanlının kiçik oğlu idi. Bu ailədə Rusiya ordusunun general-mayoru Ehsan xan və 1877-1878-ci illərdəki rus-türk savaşında Bayazid qalasının müdafiəsinə rəhbərlik etmiş general İsmayıl xan Naxçıvanlı da vardı. Birinci Dünya Savaşı illərində İmperator Qvardiyasının süvari korpusuna rəhbərlik etmiş genaral-adyutant Hüseyn xan döyüşlərdə fövqəladə şücaət, mərdlik və cəsarəti ilə seçilmişdi. Maraqlıdır ki, Rusiya çarı II Nikolay 1917-ci martın 2-də Dno dəmiryol stansiyasında taxt-tacdan imtina fərmanını imzalayandan cəmi 8 saat sonra general Hüseyn xan Naxçıvanlı Ali Baş Komandan olan çarın qərargahına teleqram yollayır. "Sizdən acizanə şəkildə xahiş edirəm ki, qvardiya süvarilərinin Əlahəzrətə sonsuz sədaqətli və sevimli çar uğrunda ölməyə hazır olduqlarını alimənsəbə çatdırın", - teleqramda yazılmışdı. Rusiya imperatorunun taxt-tacdan imtina etməsindən sonra general-adyutant Hüseyn xan Naxçıvanlı aprelin 1917-ci ilin 15-də Kiyev, iyunun 23-də isə Petroqrad hərbi dairəsində ehtiyat hərbçilər siyahılarına daxil olunmuşdu. Oktyabr inqilabından sonra ailəsi ilə Petroqradda yaşayan general Naxçıvanlı şəhər Fövqəladə Komissiyasının sədri M.Uritskinin qətlə yetirilməsindən sonra bolşeviklər tərəfindən girov götürülb və 1919-cu ilin yanvarında güllələnib. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar